Maqomayev (rus. Магомаев) — Azərbaycan-sovet opera və estrada müğənnisi Müslüm Maqomayev haqqında ilk teleserial.
Maqomayev | |
---|---|
rus. Магомаев | |
Janr | bioqrafik film, dram teleserialı[d], musiqili film, dram |
Rejissorlar |
Dimitri Tyurin Roman Prıqunov |
Ssenari müəllifləri |
Nina Şulika Darya Vorontıntseva |
Baş rollarda |
Miloş Bikoviç İrina Antonenko Svetlana Ustinova Aleksandr Sokolovskiy Aleksandr Nesterov Rasim Balayev |
Bəstəkar | Aleksey Çintsov |
İlk baxış tarixi | 9 mart 2020 |
Müddət | 48 dəq. |
Ölkə | Rusiya |
Dil | rus dili |
Mövsüm sayı | 1 |
Bölüm sayı | 8 |
Rəng | rəngli |
Çəkiliş yeri | Moskva, Bakı |
IMDb | ID12574488 |
Serialın çəkilişi 6 ilə yekunlaşıb. Çəkilişləri Bakıda, Rusiyanın Moskva və Zelenoqrad şəhərlərində keçirilən serialın məsləhətçisi SSRİ Xalq artisti Tamara Sinyavskayadır. Rejissorlar Dmitri Tiurin və Roman Prıqunovun quruluş verdikləri ekran əsərində müğənnini serbiyalı aktyor Miloş Bikoviç, həyat yoldaşı – opera müğənnisi Tamara Sinyavskayanı isə rusiyalı aktrisa, "Miss Rusiya 2010" müsabiqəsinin qalibi İrina Antonenko canlandırır.[1]