Marşal itburnusu

Marşal itburnusu (lat. Rosa marschalliana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Marşal itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Rusiyada (Dağıstan, Aşağı Don), Gürcüstanda (Kayşauri) təbii arealı vardır.

Azərbaycanda yаyılması

[redaktə | mənbəni redaktə et]

Quba, Xəzər ovalığı, Naxçıvan MR-ın dağ və düzənliyində, Lənkəran düzənliklərində, meşə kənarları və kol cəngəlliyində rast gəlinir.

Azərbaycanın nadir bitkisidir. VU D2.

Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlıqayalı quru yamaclarda yayılmışdır.

Тəbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə hündürlüyü 90-120 sm-ə qədər оrtаboylu kollardır. Qopartikanı iri, oraqvаrı əyilmiş və ya düzdür, tək-tək bəzən 2-2 оlur. Yаrpаqlаrı 7-9 ədəd tərs yumurtavarıdan dаr ellipsşəkilliyə qədər 20-25 mm uzunluqda, 10-15 mm enində, üstdən çılpaq, alt tərəfdən qısa tüklə və oturaq vəziciklərlə sıx örtülü, kənarı ikiqat mişardişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltlığı yaxşı inkişaf etmişdir. Ləçəkləri 15-18 mm uzunluqda ağdır. Meyvəsi enli ovalşəkilli, çılpaq və ya qaidə hissəsi dağınıq vəziciklidir. İyun və iyul aylarında çiçək açır.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbələri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

  1. The Plant List (ing.). 2010.