Mar Bayciyev

Mar Taşimoviç Bayciyev (23 mart 1935, Cəlal-Abad - 29 oktyabr 2021, Bişkek)—qırğız yazıçısı.

Mar Bayciyev
qırğ. Мар Байжиев
Doğum tarixi
Doğum yeri Cəlalabad, Qırğızıstan SSR
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Bişkek, Qırğızıstan
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, kinorejissor, ədəbiyyat tənqidçisi
Əsərlərinin dili Qırğız dili

Həyatı[redaktə | mənbəni redaktə et]

Mar Taşimoviç Bayciyev 23 mart 1935-ci ildə Qırğızıstanda anadan olub. 1960-cı ildə Qırğızıstan universitetini bitirib. PravdaKomsomolskaya pravda qəzetlərində çalışıb.

Mar Bayciyev nasir, dramaturq, teatr və kino rejissorudur. 19901995-ci illərdə Qırğızstan Parlamentinin deputatı olub.

Qırğızstan parlamentinin Təhsil, elm, mədəniyyət və idman komitəsinin iclasında yazıçı Mar Bayciyev təklif verib ki, məscidlərdə sübh azanı qadağan edilsin.

Yazıçının məntiqinə görə, əvvəllər azan möminlərə namaz vaxtını xatırlatmaq məqsədilə verilirdi. İndi, bu, lazım deyil və möminlərə görə dinə inanmayanlar əziyyət çəkməli deyillər. Ona görə də səhər saat 5-də verilən azana qadağa qoyulmalıdır.

Yazıçı onu da bildirib ki, qırğız milli mədəniyyətində baş örtüyü olmayıb, əksinə, xanımların üzü həmişə açıq olub. O, misal kimi “Manas” eposundan qadın obrazlarını xatırladıb.

M.Bayciyev söyləyib ki, insanlarda islam və ümumiyyətlə, din haqqında kamil məlumat yoxdur. Ona görə də məktəbliləri dinlə bağlı maarifləndirmək lazımdır ki, böyüyəndə fanat olmasınlar.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Мар Байджиев
  • Байджиев М. Т. Сказание о Манасе // Новая литературы Киргизстана [1]