Marağa-150 abidəsi

Marağa-150 abidəsiAzərbaycan SSR-in Ağdərə rayonunun (Mardaket) Marağa kəndində (indiki Şıxarx) İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə 1978-ci ildə ucaldılmış abidə[1].

Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda dağıdılmışdır[2].

"Marağa-150" dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir. Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında 20 dəqiqəlik yol məsafəsi vardır[3].

Xarici mətbuatda

[redaktə | mənbəni redaktə et]

“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin könüllü olaraq icra etdiyi “Erməni yalanları dünya mediasında” layihəsi çərçivəsində xaricdəki soydaşlarımızın dəstəyi ilə Norveçin “Utrop” (utrop.no),[4] Albaniyanın “Nacional”,[5] Pakistanın “Thefortress.com”[6] və “Globalurdunews.com”, Türkiyənin “Haberiniz.com.tr” saytlarında “Marağa-150” abidəsi haqqında yazılar dərc olunub.

  1. "Marağa abidəsi". Azərbaycan Respublikası Qarabağ bölgəsi (az.). garabagh.net. 2012. 2014-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24.06.2014.
  2. İlham Poluxov. "Dağlıq Qarabağdakı qədim alban abidələri". Qarapapaqlar jurnalı (az.). qarapapaqlar.borchali.net. 13.12.2007. 2014-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24.06.2014.
  3. "Ermənilərin Dağlıq Qarabağa köçürülməsinə aid abidə:"Marağa 150"". QARABAĞ.İNFO (az.). qarabag.info. 05.06.2014. 2014-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24.06.2014.
  4. "Norveç qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə yayılıb". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
  5. ""Nacional" qəzeti : Ermənilər Qarabağa gəlmədirlər". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
  6. Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]