Şıxarx

Şıxarx (əvvəlki adları: Leninavan[1], daha əvvəl — Marquşevan[2][3]; ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Şıxarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Şıxarx qəsəbə inzibati ərazi dairəsinin mərkəzi.[4]

Qəsəbə
Şıxarx
40°19′48″ şm. e. 46°52′48″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 315 m
Saat qurşağı
Şıxarx xəritədə
Şıxarx
Şıxarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini "Marağa" adlandırdılar.

1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar ərzidə abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər.[5]

30 iyun 1959-cu il tarixində Marquşevan kəndinin adı dəyişdirilib Leninavan adlandırılmışdı[2][3]. Digər mənbəyə görə, indiki Şıxarx 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir[5].

Sovet vaxtı Azərbaycan SSR 1961-ci il üçün[6], 1963-cü il üçün[7] tərtib olunmuş inzibati-ərazi bölgüsündə Marağa kəndi Azərbaycan SSR-nin tərkibindəki o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Leninavan kənd Sovetinin tərkibində göstərilir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 22 yanvar 1966-cı il tarixli Fərmanı ilə Leninavan kəndini şəhər tipli qəsəbələr kateqoriyasına keçirmək, şəhər tipli Leninavan qəsəbəsində qəsəbə Soveti yaratmaq, Leninavan kənd Sovetini ləğv etmək, şəhər tipli Leninavan qəsəbəsi ilə birləşdiyi üçün Marağa kəndini yaşayış məntəqələri siyahısından çıxarmaq haqqında o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin qərarının təsdiq edilməsi qərara alınmışdı[8][9].

Qarabağ münaqişəsinin başlamasından əvvəl Azərbaycan SSR 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Leninavan şəhər tipli qəsəbəsi Azərbaycan SSR-nin tərkibindəki o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Leninavan qəsəbə Sovetinin mərkəzi kimi göstərilir[10].

Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı[11]. Daha sonra, Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti Tərtər rayonunun tərkibinə verilmişdir.[12] Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü[13]. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi adlandırılmışdır[1], bununla yaşayış məntəqəsinə ərazidəki Şıx arxının adı verildi. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır[5].

Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə[14] Ağdərə rayonu yenidən yaradılmış[15], və Şıxarx qəsəbə inzibati ərazi dairəsi, tərkibindəki Şıxarx qəsəbəsi ilə birgə Ağdərə rayonunun tərkibinə daxil edilibdir[14].

1990-cı illər

[redaktə | mənbəni redaktə et]

1992-ci il aprel ayının 10-da Tərtər batalyonu Qarabağ müharibəsi tarixinə "Marquşavan əməliyyatı" adı ilə daxil olan döyüşə başlamışdır. İki gün davam edən döyüşdə hərbçilərə rayonun polis şöbəsinin əməkdaşları və mülki vətəndaşları da kömək etmişdir.[16] Bu əməliyyat nətiçəsində Tərtər batalyonu Marquşavan kəndini alsa da, qüvvələrin qeyri-bərabərliyi və hərbi texnikanın olmaması üzündən alınmış kəndi saxlamaq mümkün olmamış və 7 hərbçi, 4 polis əməkdaşı, 6 mülki vətəndaş qurban verərək geri çəkilməli olmuşdur. Şıxarx (Marquşavan) döyüşündə 400-ə yaxın əsir və girovlar götürüldü ki, onlar da daha sonra Xocalıdan olan sakinlərlə dəyişdirildi[17]. Həmin ermənilər daha sonra Ağdam rayonu ərazisində Birinci Qarabağ müharibəsi nəticəsində işğal olunmuş və separatçı rejim tərəfindən Nor Marağa (Yeni Marağa) adlandırılmış Qızıl Kəngərli kəndində Qarabağ ərazisində yaşamağa davam etdilər. İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata görə Ağdam rayonu Azərbaycana qaytarıldı, və həmin zaman da vaxtilə məskunlaşmış erməni əhali kəndi tərk etdi.[18]

Şıxarx qəsəbəsi Birinci Qarabağ müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında qalmışdı[18][19] və döyüş bölgəsinə yaxın məsafədə yerləşirdi[20].

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış məhəlləsi tikilib. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlıdır.[21]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qəsəbə Tərtərçayın sahilində, Qarabağ düzündə, rayon mərkəzindən 5 kilometr qərbdə, Tərtər-İstisu magistral avtomobil yolunun sağ və sol tərəflərində yerləşir. Ərazisi 3 min 29 hektardır.[22]

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Şıxarx qəsəbəsində əhali yaşamırdı.[23]

2013-cü ildə Şıxarx qəsəbə nümayəndəliyində 414 ailə qeydiyyatda idi. Burada 37 nəfərdən ibarət 11 yerli ailə və 673 nəfərdən ibarət 183 məcburi köçkün ailəsi yaşayırdı.[22]

2017-ci ildən Şıxarx qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbədə 1176 ailə yaşayır.[24]

  1. 1 2 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. 1 2 Azərbaycan SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ. Bakı: Azərnəşr. 1961. 282.
  3. 1 2 Azərbaycan SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ. Bakı: Azərnəşr. 1961. 284.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  5. 1 2 3 Şıxarx // AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. İKİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Roza Eyvazova, Gülşən Axundova, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. 216. ISBN 978-9952-34-156-0.
  6. Azərbaycan SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ. Bakı: Azərnəşr. 1961. 170–171.
  7. Азербайджанская ССР АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ (2). Баку: Азернешр. 1964. 149–150.
  8. Az SSR Ali Sovetinin Məlumatları 1966 N 2.
  9. Az SSR Ali Sovetinin Məlumatları 1966 N 2.
  10. Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 114.
  11. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
  12. "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  13. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 13 oktyabr 1992-ci il. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
  14. 1 2 "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  15. "Алиев подписал закон о создании Агдеринского района". Интерфакс—Азербайджан. 2023-12-27. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  16. Elman Cəfərli. ""1991-ci ildə Bakı hərbi hissələrə hücum edərək silahları, texnikanı götürən biz idik"". Karabakhinfo.com. 23.01.2015. 2016-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
  17. ""Seysulanda düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyə nail olduq" – Batalyon komandiri ilə MÜSAHİBƏ". 2019-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  18. 1 2 top-center.org. "Erməni işğalı dövründə Ağdam və Füzulidə məskunlaşma və bu ərazilərin "DQR" iqtisadiyyatında rolu". top-center.org (az.). İstifadə tarixi: 2024-06-11.
  19. top-center.org. "Ağdərə əməliyyatı (Talış-Madagiz cəbhəsi)". top-center.org (az.). 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-12.
  20. "BAMF İLLİK HESABAT: 2015-ci il". IEPF NGO (az.). İstifadə tarixi: 2024-06-12.
  21. "İlham Əliyev Tərtərdə 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
  22. 1 2 Tərtər: cəbhə bölgəsi mətanət nümunələri göstərir
  23. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)
  24. "Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbədə dezinfeksiya işləri aparılıb". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]