Maraş zəlzələsi — 28 mart 1513-cü ildə Maraşdan 77 km qərbdə olan 7,4 Ms zəlzələ.[1] Şərqi Anadolu qırılma xəttində baş verən zəlzələ Dülqadiroğulları Bəyliyinin paytaxtı Əlbistan və yaxın yaşayış məntəqələrində dağıntılara səbəb olub.
Maraş zəlzələsi | |
---|---|
Tarix | |
Episentrin yeri | |
Xəritədə yeri | |
|
Bəzi mənbələrdə tarixi 1514-cü il kimi qeyd olunan zəlzələnin hətta Qahirədən də hiss edildiyi şayiələri var. Zəlzələ Bazarcık seqmentindəki qırılma ilə əlaqəli olub və onun maqnitudasının 7,4 və ya daha çox olduğu təxmin edilir.[2] Bizə gəlib çatan müasir məlumata görə, 1514-cü ilin ilk aylarında Osmanlı sultanı Yavuz Sultan Səlimin Konyaya çatdığı və orada vəbanın şiddətləndiyini və Tarsus, Adana və Malatya şəhərlərinin demək olar ki, tamamilə dağıdıldığını gördüyü yazılır.[3]
Bu zəlzələdən əvvəl ən böyük zəlzələ intensivliyi IX olduğu təxmin edilən 1114 Maraş zəlzələsi idi. 1513 zəlzələsindən 510 il sonra 6 fevral 2023-cü ildə eyni qırılma zonasında baş verən 7,8 MV gücündə Qəhrəmanmaraş zəlzələsində 59 mindən çox insan həyatını itirdi və Türkiyə Cümhuriyyəti tarixində qeydə alınan ən böyük zəlzələ oldu. 2023-cü il Maraş zəlzələlərindən sonra TÜBİTAK layihəsi çərçivəsində İstanbul Texniki Universiteti, Dokuz Eylül Universiteti və Fırat Universiteti alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində 7,8 bal gücündə ilk zəlzələnin eyni qırılma üzərində baş verdiyi müəyyən edilib.[4]