Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Maral böcək (lat. Lucanus cervus) — Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər
Maral böcək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Maral böcək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
fəsiləsinə aid böcək növü.
Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir.
Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar. Azərbaycanda isə Böyük Qafqazda rast gəlinir
Böcəklər may ayından iyul ayınadək təbiətdə görünürlər. Yetkin böcəklər isə ağac və kolların gövdələrindən axan şirə ilə qidalanırlar. Yumurtalarını çürüməkdə olan və ya artıq çürümüş ağacların qabığı altına qoyurlar. Yumurtadan çıxmış sürfələr çürümüş oduncaqla qidalanırlar. Yaşayış yerinin termiki xüsusiyyətlərindən asılı olaraq bir genarasiya 4 – 6 il davam edə bilir. Maral böcək Azərbaycanda bu fəsilənin ən iri nümayəndəsidir.
Sayı azalan növdür. Səbəb isə arealının insanlar tərəfindən daraldılması yəni torpaqların istifadəsi və özlərinin isə kolleksiyaçılar tərəfindən tutulmasıdır. Azərbaycandan başqa Danimarka, Almaniya, Polşa, Latviya, Estoniya, Belarus respublikası, İsveç, Ukrayna və Rusiya federasiyasının Qırmızı Kitabına daxil edilmişdir.
Lucanus cervus cervus Linnaeus, 1758
Lucanus cervus akbesianus Planet, 1896
Lucanus cervus fabiani Mulsant & Godart, 1855
Lucanus cervus turcicus Sturm, 1843