Marşansiyakimilər (lat. Marchantiaceae) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinin marşansiya dəstəsinə aid bitki fəsiləsi.
Marşansiyakimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Marşansiyakimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Marşansiyakimilər fəsiləsinin səciyyəvi xüsusiyyəti qapalı havadaşıyıcı kameraların, ixtisaslaşmış arxeqoni və anteridinin, qısa ayaqcıqlı sporoqoninin və sporoqonidə elaterlərin olmasıdır.
Bu fəsilə 16 cinsə ayrılır. Ən geniş yayılmış cinsi marşansiya (Marchantia) 52 növlə təmsil olunur. Bu cinsin polimorf marşansiya (M.polymorpha) növü kosmopolit olub, Yer kürəsinin hər yerində rast gəlinir.