Marionet corab — corabdan və ya başqa bənzər geyim əşyasından hazırlanmış marionet kukla. Kuklaçı corabı əlcək kimi əlinə keçirir və marionetin ağzı corabın dabanı ilə barmaqları arasındakı hissədən yaranır. Barmaqlar olan hissə ağzı əmələ gətirir və bəzən həmin hissəyə ortasına yapışqanla dil yapışdırılmış bərk keçə material bərkidilir. Corab o qədər dartılır ki, kuklaçının bilək və qolunu əhatə etmək üçün kifayət qədər uzansın. Adətən kuklaçı bir kürsünün arxasında gizlənir və əlini yuxarı qaldırır ki, üstdə yalnız kukla görünsün. Həmçinin, kuklaçılar açıq şəkildə marionetləri ilə göz önündə dayanıb marionetlər arasında söhbətləri dodaqlarını tərpətmədən (ventrologiya) yerinə yetirə bilər.
Marionet corab istənilən corabdan hazırlana bilər. Ancaq çox istifadə olunmuş corablar səhnədə dağıla bilər. Buna görə yeni corablar daha çox istifadə olunur. Coraba çox vaxt bir xarakter uydurub, ona görə göz və ağız qoyulur. Gözlər çox vaxt düymədən və ya suni gözlərdən hazırlanır. Saçlar əlavə edəndə orta qalınlıqdakı iplərdən istifadə olunur. Paltarda geyindiril, amma bu çox nadir hallarda olur.[1]
Marionet corabları çox vaxt məktəblərdə, baxçalar və digər uşaq evlərində istifadə edirlər. Bu kuklalarla tamaşalar göstərilir. Bir çox məktəbdə Əmək dərsində Marionet corabların hazırlanması öyrədilir. Bundan əlavə musiqi və digər tədbirlərdədə istifadə edilir. Almaniyada əlifba və ilkin dərsləəri öyrətmək üçün Fu və Fara adlı narııncı kuklalardan istifadə olunur. Uşaqlar üçün Tv verilişlərində istifadə edildiyidə görünmüşdür.
Corab kuklalardan böyüklər üçündə istifadə edilir. Tv verilişləri Sifl və Olly Mtvdə, ED the Shock xarakteri Much musicdə corab kuklalardan istifadə istifadə olunurdu. Bu verilişlər gəncləri hədəf alırdı. Pets.com-da öz reklamlarında istifadə etmişdir. Profesyonal Amerikan güləşcisi Mick Foley öz final vuruşunda Cənab Sock adındadkı Marionet corab kuklasından istifadə edib. WWE-nin sahibi Vince McMahon bu corabı insanları nəşələndirmək üçün istifadə edildiyini söylədi. Cənab Sock gözlənilmədən hit oldu və növbəti görüşdə 10.000 adam onun adını birlikdə qışqırdı.[2]