Marius Katilişkis (lit. Marius Katiliškis; 15 sentyabr 1914 – 17 dekabr 1980[1]) — Litvalı yazıçı.
Marius Katilişkis | |
---|---|
lit. Marius Katiliškis | |
Doğum tarixi | 15 sentyabr 1914 |
Vəfat tarixi | 17 dekabr 1980[1] (66 yaşında) |
Dəfn yeri | Litva Milli Qəbiristanlığı |
Vətəndaşlığı | Litva |
Milliyyəti | litvalı |
Həyat yoldaşı | Zinaida Katilişkis |
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Katilişkisin valideynləri Litvanın şimal sərhədi yaxınlığında yerləşən Jaqarişkaya kəndinin yerliləri idi. Gələcək yazıçı Qruzdjayaye də anadan olub, lakin uşaqlığını və ilk gəncliyini buradan bir neçə kilometr aralıda yerləşən Katilişkis kəndində keçirib. O, sonradan Katilişkis təxəllüsünü götürüb. Marius ailədə on bir uşağın doqquzuncusu idi.[2]
Zaqarda məktəbə gedən Marius atasının fermasında işləyirdi. 1931-ci ildə radio operatoru kimi Litva ordusunda xidmətə çağırılır. Tərxis olunduqdan sonra Marius 1994-cü ildə onun adını daşıyan Pasvalisdəki kitabxanada işə düzəlir. 1941-ci ildə riyaziyyat müəllimi işləyən Elza Avijonita ilə evlənir.
1944-cü ildə Vətən Müdafiə Qüvvələrinə qoşulan Katilişkis Litva Sedasında Qırmızı Ordu ilə döyüşür. Litvadan Almaniyaya geri çəkilməklə bağlı təcrübələrinin bir hissəsi onun bioqrafik romanı olan Išėjusiems negrįžti (Gedənlər geri qayıtmır) əsərinin əsasını təşkil edib. SSRİ-yə deportasiya olunacağından qorxaraq adını Marius Katilişkis olaraq dəyişir.[3]
Katilişkis bir müddət müxtəlif köçkün düşərgələrində də olub. O, köçkün litvalıların mədəniyyət mərkəzinə çevrilən Frayburqda incəsənət təhsili alıb, burada Luna Sustema təxəllüsü ilə yazan şairə Zinaida Naqite ilə tanış olaraq nişanlanıb. 1949-cu ildə ABŞ-a mühacirət edən Marius, Nyu-York və Çikaqoda yaşayıb. Katilişkis Çikaqo bölgəsində, o cümlədən Kimball Piano fabrikləində işləməyə və digər qara işləri görməyə məcbur olurdu.[4] O, 1980-ci ildə ölümünə qədər yaşadığı Lemont(İllinoys) kəndinin kənarında öz evini tikməyi bacarır.[2]
Katilişkis dilə böyük maraq göstərirdi və o, eşitdiyi sözləri qeyd etmək üçün tez-tez yanında dəftər və karandaş gəzdirirdi. Onun dildən istifadəsinə dair bir neçə elmi məqalə yazılmışdır.[5][6]}}
1931-ci ildə 17 yaşı Katilişkisin ilk şeirləri Şyaulyayda həftəlik Naujienos jurnalında dərc olunurdu. Bundan sonra onun şeirləri və nəşrləri Litvanın müxtəlif nəşrlərində müntəzəm olaraq dərc olunmağa davam etdi. Nəşriyyatlardan birinə verilmiş hekayələr toplusunun əlyazması müharibə illərində itmiş, yalnız 2003-cü ildə tapılaraq çap olunmuşdur.
Katilişkisin yazılarının əksəriyyəti ilk dəfə Çikaqoda nəşr olunub və onun ən məşhur romanı olan Miškais ateina ruduo (1957) 1969-cu ildə Sovet Litvasında təkrar nəşr olunub ki, bu da mühacir yazıçılar arasında nadir haldır. 1990-cı ildə tamamilə lentə alınıb. Bəzi ədəbiyyatşünaslar onu litva dilində yazılmış ən yaxşı nəsr əsərləri sırasına daxil edirlər. İlk tənqidçilər Katilişkisin romanını Flamand rəssamlığı ilə də müqayisə edirlər.[3]
Katilişkisin kitabları Amerika-Litva təşkilatları, o cümlədən Litva Ensiklopedik Mətbuatı, Santara-Şviessa Federasiyası və Litva Yazıçılar Cəmiyyəti tərəfindən bir sıra mükafatlara layiq görülüb.[7][3]