Mariya Borodakova — rusiyalı qadın voleybolçu. Dinamo Kazan klubunda kapitan olan Mariya blokçu möqeyində oynayır.
Mariya Borodakova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Mariya Vladimirovna Borodakova-Borisenko |
Doğum tarixi | |
Doğum yeri | Nijni Novqorod Rusiya |
Vətəndaşlığı | rus |
Voleybolçu məlumatları | |
Boyu | 1.90 m |
Çəkisi | 80 kq |
Zərbəsi | 301 sm |
Bloku | 297 sm |
Mövqeyi | Blokçu |
Karyerası | |
Komandası | Dinamo Kazan |
Nömrəsi | 1 |
Klub karyerası | |
2001–2004 2004–2009 2009–2010 2010– |
İndezit Lipek Dinamo Moskva Əczacıbaşı Dinamo Kazan |
Milli komanda karyerası | |
2005– | Rusiya |
Mariya Borodakovanın karyerasının çox hissəsi Dinamo Moskvada keçmişdir. Voleybolçu burada beş sezon forma geyindikdən sonra Əczacıbaşına transfer olunmuşdu. Moskvada keçirdiyi beş mövsümdə üç dəfə Rusiya çempionatının qızıl medalını qazanan voleybolçu Türkiyədə heç bir çempionluq yaşaya bilməmişdi. 2010-cu ildə transfer olunduğu Dinamo Kazanda ən böyük uğurlarını yaşayan Mariya burada kapitanlıq sarğısına da yiyələnmişdi. Klubla keçirdiyi ilk mövsümdə Rusiya çempionatını və kubokunu qazanan voleybolçu 2013-14 sezonunda Çempionlar Liqasının kubokunun başı üzərinə qaldırmışdı. Həmin mövsümün öncəsi və sonrası Rusiya çempionatı qazanan Dinamo Kazanın kapitana Mariya 2014-cü ildə Klublararası dünya çempionatıında da çempionluq sevinci yaşamışdı.[1]
Borodakovanın milli komanda karyerası da klub karyerası kimi rəngarəndir. Hər bir voleybolçunun qazanmaq arsuzu olduğu dünya çempionatında iki dəfə fəxri kürsününün ən yüksək pilləsinə qalxmışdı.