Mariya Kirbasova

Mariya Kirbasova (rusca:Мария Ивановна Кирбасова, 1941, SSRİ2011) — Rusiya Əsgər Anaları Komitəsinin əsasını qoyan insan haqları aktivisti. Rusiyada anadan olan Mariya Kirbasova Kalmık əsillidir. 1955-ci ildə Mariya Kirbasova Thorolf Rafto Memorial Mükafatı və Sean MakBrayd Sülh Mükafatı ilə təltif edilmişdir. O, həmçinin 1996-cı ildə Right Livelihood Mükafatı ilə təltif edilmişdir.[1][2]

Mariya Kirbasova
Doğum tarixi 1941
Doğum yeri
Vəfat tarixi 2011
Fəaliyyəti mühəndis, insan hüquqları fəalı

Mariya Kirbasova İkinci Dünya müharibəsi zamanı Sibirə sürgün edilmiş Kalmık ailəsində anadan olmuşdur. Ona və onun ailəsinə 1950-ci illərdə — Xruşşovun hakimiyyəti illərində ata-baba yurdlarına geri dönmələrinə icazə verildi. O, düşüncə baxımından pasifist buddist olmuşdur. Onun oğlu Petia 1988-ci ildə hərbi xidmətə çağırılmışdır. Kirbasova oğlunun hərbi xidmətə çağırılmasına hərarətli formada qarşı çıxmış və Sovet Ordusunda xidmət edən əsgərlərin yaşadıqları şərtlərə qarşı etirazlar təşkil etmişdir. O, Rusiya Əsgər Anaları Komitəsininə katib seçilmişdir. Bu hadisə 1991-ci ilin aprel ayında komitənin SSRİ Ali Sovetinin deputatları ilə birlikdə keçirilmiş konfrans zamanı baş vermişdi. Kirbasova həmçinin, Çeçen müharibəsi zamanı da insan haqlarının pozulmasına qarşı etirazlar etmiş və 1995-ci ildən etibarən Gənc Hərbi Mükəlləfiyyətli Rusların Hüquqları üçün çalışmağa başlamışdır. Mariya Kirbasova Moskva-Qroznı Ana Şəfqəti Yürüşünə qatılmışdır.[3][4][5][6][7][8]

2008-ci ildə Kirbasova qızı Kerman Soitu ilə birlikdə Finlandiya köçmüşdür. Finlandiyaya köçən Kirbasova fin hökumətindən ona qalmağa icazə verilməsini istədi. Bu istək səsləndirilən zaman Kirbasova insult keçirmiş və rematizması ağırlaşmışdı, buna görə də, hökumətdən tək yaşaya bilməsinin mümkünsüz olmasını bildirmişdi. Bu zaman qızı Kerman Soitu ailə həyatı qurmuş və həyat yoldaşı ilə Finlandiyada yaşayırdı, lakin başlanğıcda onun istəyi fin hökuməti tərəfindən rədd edildi və Mariya Kirbasovanın dövlət ərazisindən uzaqlaşdırılması barədə qərar verildi. Onun keçmiş SSRİ-dəki və Rusiyadakı dissident fəaliyyəti, Çeçen müharibəsinə qarşı olmasına görə fin hökumətinin bu qərarına ictimai qınaq artdı. İctimai etirazlar hökumətə təsir etdi. 2009-cu ildə apelyasiya məhkəməsi keçirildi və Mariya Kirbasovanın Finlandiyada qalmasına icazə verildi.

Mariya Kirbasova 2011-ci ildə Finlandiyanın Sipoo şəhərində həyatını itirdi.[9][10][11]

  1. "Sean MacBride Peace Prize - International Peace Bureau". IPB - International Peace Bureau. 2017-02-01. 2020-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  2. "History of Committee of Soldiers' Mothers of Russia". Комитет солдатских матерей России, солдатские матери, помощь призывникам. 1990-11-15. 2019-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  3. "Chechnya - Mother Reunited With POW Son". AP Archive. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  4. "Elderly Russian Human Rights Activist Appeals Again". Yle Uutiset. 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  5. Solnick, S.L.; American Council of Learned Societies. Stealing the State: Control and Collapse in Soviet Institutions. Russian Research Center Cambridge, Mass: Russian Research Center studies. Harvard University Press. 1998. səh. 195. ISBN 978-0-674-83680-8. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  6. Sundstrom, L.M.I. Funding Civil Society: Foreign Assistance and NGO Development in Russia. Stanford University Press. 2006. səh. 69. ISBN 978-0-8047-5443-9. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  7. ""Committee of Soldiers' Mothers of Russia" Campaign against the war in Chechnya 1995". Global Nonviolent Action Database. 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  8. Young, Katherine E.; Young, Katherine E. "Russian Life, Vol. 39, Issue 3, March 1996". Online Research Library: Questia. 2020-06-03. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  9. Spencer, M. The Russian Quest for Peace and Democracy. Lexington Books. 2012. səh. 212. ISBN 978-0-7391-4474-9. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  10. "Elderly Russian Human Rights Activist Appeals Again". Yle Uutiset. 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  11. "Elderly Human Rights Activist Wins Battle to Stay in Finland". Yle Uutiset. 2018-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.