Mariya Kobörn (22 noyabr 2001) — ABŞ-lı suya tullanan. Mariya Kobörn ABŞ-ni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi.[1]
Mariya Kobörn | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Mariya Kobörn |
Doğum tarixi | 22 noyabr 2001 (22 yaş) |
İdman növü | Suya tullanma |
13 iyul 2019 tarixində yenilənib. |
Mariya Kobörn birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 239.70 xal toplayaraq 7-ci yeri tutdu və finala vəsiqə qazandı.[2] Finalda isə Kobörn 237.75 xal toplayaraq 10-cu oldu və yarışı medalsız başa vurdu.[3][4]