Markiplier (Əsl adı: Mark Edvard Fişbax; 28 iyun 1989, Honolulu) — amerikalı yutuber və rejissor.[1] Kanalına yerləşdirdiyi indie qorxu oyunu videoları ilə yadda qalıb.[2] O, 2012-ci ildə YouTube platformasına qoşulmuş və "Amnesia: The Dark Descent" və "Five Nights at Freddy's" oyunlarının oynanış videoları ilə məşhurlaşmışdır. 2023-cü ilin iyun ayında onun YouTube kanalında 35 milyondan çox abunəçi var.[3]
Markiplier | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Markiplier | ||||||||||
| ||||||||||
Şəxsi məlumatlar | ||||||||||
Doğum adı | Mark Edward Fischbach | |||||||||
Doğum tarixi | 28 iyun 1989 (35 yaş) | |||||||||
Doğum yeri | ||||||||||
Vətəndaşlığı | ||||||||||
Fəaliyyəti | YouTuber, videobloger[d], televiziya prodüseri[d], rejissor, kinematoqraf[d] | |||||||||
YouTube | ||||||||||
Kanal | Markiplier | |||||||||
Fəaliyyət illəri | 2012-ci ildən | |||||||||
Abunə sayı |
|
|||||||||
Baxış sayı |
|
|||||||||
Düymələr | ||||||||||
|
||||||||||
Yenilənmə tarixi: 26 iyun 2023 | ||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Fişbax 2016-cı ildə William Morris Endeavor istedad agentliyi ilə müqavilə bağladı. Bu agentlik əyləncə sənayesindəki insanlara imkanlar tapmağa və karyeralarını inkişaf etdirməyə kömək edirdi. Sonrakı illər o, canlı konsertlər verdi və Cloak adlı geyim brendini yaratdı. O, həmçinin YouTube Original serialları, 2019-cu ildə "A Heist with Markiplier" və 2022-ci ildə "In Space with Markiplier"in yazıb rejissorluğunu etmişdir. Bundan əlavə o, bir çox podkastlar hazırlamışdır, ikisi Spotify-da birinci pilləyə çıxmışdır. Fişbax 2023-cü ildə United Talent Agency-yə qoşulub. O, 2023-cü ilin aprelində qorxu filmi "Iron Lung"un yazıb rejissorluq edəcəyini bildirib.
Fişbax YouTube platformasının ən nüfuzlu videooyun videoları hazırlayan şəxslərindən biridir. O, 2022-ci ildə Forbes jurnalı tərəfindən platformanın ən çox qazanan məzmun yaradıcıları arasında üçüncü göstərilib.[4] Fişbax dörd dəfə "Streamy" mükafatına layiq görülüb və "Ən yaxşı yayımçı" nominasiyasında "Golden Joystick" mükafatı qalibi olmuşdur.
Mark Edvard Fişbax 28 iyun 1989-cu ildə Havay ştatının Honolulu şəhərində anadan olub.[5][6] Atası Kliffton alman əsilli hərbi zabitdir və koreyalı anası Sunok Frank ilə Cənubi Koreyada olarkən tanış olub. 2022-ci ildə işıq üzü görmüş sənədli film "Markiplier from North Korea" onun ailə keçmişindən bəhs edir.[7]
Fişbax doğulduqdan qısa müddət sonra ailəsi ilə birlikdə Ohayonun Sinsinnati şəhərinə köçüb.[8] O, uşaq ikən valideynləri boşanıb.[9] Fişbax 2007-ci ildə Milford High School məktəbini bitirdikdən sonra, Sinsinnati Universitetinə daxil olmuş və burada biotibbi mühəndislik üzrə təhsil almağa başlamışdır. Onun atası 2008-ci ildə vəfat etdi.[10] Fişbax altıncı sinifdə oxuyarkən Wade Barnes ilə, birinci kursda isə Bob Muyskens ilə tanış olub. Onların hər ikisi onunla uzun müddətdir dostular və müxtəlif layihələr üzərində birlikdə işləyirlər.[11]
2012-ci il Fişbax üçün çox çətin bir il oldu. O, sevgilisindən ayrıldı, işini itirdi, anası onu evindən qovdu, apandisit əməliyyatı keçirdi və borca düşdü. O, sonralar böyrəküstü vəz xərçəngi səbəbindən xəstəxanaya yerləşdirildi və "başqa bir şey sınamaq" qərarına gəldi.[12][13]