Markov Manastırı (mk. və serb. Марков Манастир, Markov Manastir) — Makedoniyanın Skopye şəhərindən 18 km uzaqlıqda yerləşən Markova Suşisa kəndində yerləşən pravoslav qadın monastırı. Monastır hal-hazırda Oxrid arxiyepiskopluğu tərəfindən idarə olunur. Bulqarlar Markov monastırının öz milli tarixi irsinin bir hissəsini kimi qiymətləndirirlər.[1][2] Monastır bolqarlara, serblərə və makedonlara görə özlərinin milli qəhrəmanı olan Şahzadə Markonun adınadır.[3][4] Markov monastırı qurulduğu gündən bəri aktiv olmuşdur.[5]
Pravoslav ortodoks | |
Marko monastırı | |
---|---|
mk. və serb. Марков Манастир | |
Din | |
Yeparxiya | Oxrid arxiyepiskopluğu |
Yerləşməsi | |
Ölkə | Şimali Makedoniya |
Bölgə | Skopye Statistik Regionu |
Şəhər | Skopye |
Memarlıq | |
İnşa tarixi | 1345 – 1376 |
Dövrü | Orta əsrlər |
Tikdirəni | Şahzadə Marko |
Üslubu | Bizans memarlığı |
Vəziyyəti | Qorunur |
|
|
Saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Monastırın üstü günbəz ilə örtülmüşdür. Monastır, hər nə qədər Serbiya İmperiyası dövründə inşa edilmişsə də, pravoslav ənənəsini təqib edən freskalar və arxitekturası səbəbiylə Bizans memarlığı və sənəti altında qiymətləndirilir.[6][7]
Kilsənin sahəsi 10 x 16 metrdir. Günbəzin yüksəkliyi təxminən 16 metrdir. Skopye yaxınlığında olan kilsələrə məxsus olan bənzər xüsusiyyətlər, xüsusilə də günbəzin vestibül üzərinə oturtuluşu səbəbiylə Slobodan Çurçiç tərəfindən bu kilsə növü "Skopye Paradiqması" olaraq təyin olunmuşdur.[8] Kilsə narteksi gün işığı almayan kor bir günbəzə malikdir. Narteks, naosdan tribelon olaraq da adlandırılan iki sütun ilə ayrılır. Bu vəziyyət narteksi ayrı bir bölməyə ayırmaqdən çox naosun bir davamı görünüşünə soxmuşdur.
Səkkizgahlı bir vestibül üzərində yüksələn günbəz dörd uzun sütunla daşınır. Bu sütunlar tribelonu təşkil edən sütunlardan daha uzundur. Kilsəyə həm qərbdən, həm də cənubdan girmək mümkündür. Qərb girişində Osmanlı dövründə tikilmiş bir eksonarteks yerləşir.[9] Cənub girişinin qarşısında hal-hazırda darma-dağın olan bir tikilinin qalıqları var.