Markuş strukturu

Markuş strukturlarına nümunə

Markuş strukturları (-R) və ya Kimyəvi soy strukturları (ing. Markush structure və ya Generic chemical structure) — özləri hər hansı konkret birləşməyə müvafiq olmayan, lakin bir çox birləşməni, bəzən sonsuz sayda bırləşməni, əgər qeyri-müəyyən terminlər saxlayırsa, məsələn heterosikllər, əvəz olunmuş aromatik radikallar və s., özündə birləşdirən ümumiləşdirilmiş kimyəvi strukturlardır.

Patentləşdirmə

[redaktə | mənbəni redaktə et]

Markuş strukturu belə strukturların istifadəsi ilə bağlı "Pirazolon rəngləyicisi və onun əldə olunması prosesi" patentini almaq üçün iddiada qələbə qazanmış Nyu-Cersidə fəaliyyət göstərən "Pharma Chemical Corporation" şirkətinin sahibi, ixtiraçı Yucin Markuşun şərəfinə adlandırılmışdır. Patent müraciəti 9 yanvar 1923-cü ildə edilmiş və ABŞ Patent İdarəsi 26 avqust 1924-cü ildə patenti təsdiq etmişdir.[1][2] Bu iş kimyəvi soy strukturlarına dair patent müraciətlərində presedentə yol açdı.[3]

Markuş strukturu patent sahibinə bir neçə aktiv/effektiv struktur formulu sadalamağa imkan verir. Patent müraciəti edənlərdən tələb olunur ki, onlar öz kəşflərinin tətbiqini ən yaxşı əks etdirən struktur formulunu açıqlasınlar[4] və əgər bu struktur çox qarışıq olarsa, müraciət rədd edilə bilər.[4]

Son iyirmi ildə patent düsturlarında Markuş strukturlarının istifadəsi kimya sahəsində patent hüququ sferasında böhrana gətirib çıxarmışdır. Markuş strukturları ilə bağlı problemlərə onların necə genişmiqyaslı olduğunu sübut edən bir neçə beynəlxalq forumun həsr edilməsinə baxmayaraq, heç bir kimya və ya patentşünaslıq ədəbiyyatında onlar müzakirə olunmamışdır.

Markuş strukturları real olaraq alınmamış böyük miqdarda kimyəvi birləşmələri, daha doğrusu, "kağız" kimyasında fenomen yaratmış hipotetik strukturları mühafizə edir.

Markuş strukturları, hər hansı qayda ilə məhdudlaşdırılmayaraq, müxtəlif siniflərə (kimyəvi birləşmələrin BPT siniflərinə uyğun olan siniflərə) aid olan böyük miqdarda kimyəvi birləşməni daxil etməyə imkan verir.

  1. Gardner, Steve; Vinter, Andy. "Beyond Markush – Protecting Activity not Chemical Structure" (PDF). http://www.cresset-group.com/. 4 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 15 Jan 2015.
  2. "Arxivlənmiş surət". 2016-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.
  3. Barnard, John M. "Markush Structure Searching" (PDF). Royal Society of Chemistry www.rsc.org. 28 Oct 2009. 22 December 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 Jan 2014.
  4. 1 2 "Arxivlənmiş surət". 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.
  • «Патенты на химические соединения: объем прав и их нарушение.» Москва «ИНФА-М» 1996. Челышева О.В.