Marsel kafirotu
Marsel kafirotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Marsel kafirotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Aralıq dənizi ölkələri,Balkan yarımadasında,İran və Rusiyada yayılmışdır.
Hündürlüyü 10-40 sm olan çoxgövdəli,aşağı tərəfi odunlaşmış,çim əmələ gətirən yarımkolcuqdur.Uzunluğu 3-7 mm olan yarpaqları bizvari formadadır,üzəri uzun tüklərlə örtülmüşdür.Çiçəkləri sünbülvari çiçək qrupunda tək-tək yerləşir.Çiçəkyanlığının uzunluğu 2-2,5 mm,yumru-oval,tüklü,dişləri borucuqdan 2 dəfə qısadır.May ayında çiçəkləyir.Oktyabrda meyvə verir.Meyvələrdə ikidişli çiçəkyanlığı vardır.Toxumları hamar,yumru,qara-qonur,diametri təxminən 1 mm,vəziciklidir.
Günəşli,gilli çöllərdə,daşlı yamaclarda qrup şəklində bitir.
Böyük Qafqazın qərbində,Kür-Araz ovalığında yayılmışdır.
Bitkinin tərkibində 0,2% efir yağı vardır.Bitki kamfora iyi verdiyi üçün xalq təbabətində oyadıcı,sidik və tərqovucu kimi istifadə edilir.Qış otlaqlarında mal-qara üçün yemdir.Tərkibində külün miqdarı azdır.Sulu məhlulu sinir xəstəliklərində,xroniki qripdə,soyuqdəymə xəstəliklərində istifadə edilir.