Marsiyo Amorozo Dos Santos (port. Márcio Amoroso dos Santos; 5 iyul 1974[1][2], Braziliya)[3] — Keçmiş braziliyalı futbolçu. Hücumçu mövqeyində şıxış edib. 1994-cu ildə Braziliyada ilin futbolçusu seçilib.
Marsiyo Amorozo | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 5 iyul 1974[1][2] (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 179 sm |
Çəkisi | 69 kq |
Mövqeyi | hücumçu |
Marsiyo Amorozo 5 iyul 1974-cu ildə Braziliyanın Braziliya şəhərində doğulub.
Klub karyerasına "Quarani" klubunda başlayıb. 1993-ci ildə burada 1 oyuna meydana çıxdıqdan sonra Yaponiyanın "Verdi Kavasaki" klubuna icarəyə verilib. Yaponiyada meydana çıxdığı 19 oyunda 16 dəfə fərqlənib.[4] Yaponiyada bir mövsum keçirdikdən sonra vətəninə qayıdaraq təkrar "Quarani" komandasına qoşulur. 1996-cı ilə qədər burada oynayan Marsiyo daha sonra ölkəsinin digər komandası olan "Flamenqo" klubuna qoşulur.
Lakin burada qısa müddətlik oynayandan sonra Avropaya yollanır. Onun Avropada ilk klubu 1990-cı illərin sonlarında dünyanın ən güclu çempionatı sayılan İtaliya A Seriyasında çıxış edən, lakin çoxda iddialı olmayan olmayan "Udineze" klubu olur. Orada almaniyalı Oliver Birhoff ilə birlikdə 3-4-3 taktikasında çox gözəl oyun göstərdi. Heç kimin gözləmədiyi halda ilk mövsümünü klubla A Seriyasında üçüncü sırada tamamladı. 1998-ci ildə liqanın bombardiri Oliver Bierhoff klubdan ayrılıb "Milan"a gedəndə bir çoxları "Udineze" klubunun uğurlarını təkrarlamaq üçün mübarizə aparacağını düşünürdü, amma növbəti mövsüm klub yox Amorozo özü komandanın diqqət mərkəzinə gəldi və 22 qol ilə A Seriyasında ən yaxşı bombardir oldu.
Növbəti mövsüm 30 milyon avro qarşılığında UEFA Kubokunu və İtaliyanın kubokunu qazanmış "Parma"ya keçdi. Komanda 1999-cu ildə İtaliya Superkubokunu qazanaraq mövsümə güclü bir şəkildə başlamasına baxmayaraq, "Parma" A Seriyasında uğur qazana bilmədi və Amorozo təkrarlanan zədə problemləri səbəbiylə "Udineze" ilə göstərdiyi oyunu burada göstərə bilmədi. Bununla belə, klub ilə birlikdə 2001-ci ildə İtaliya Kubokunun finalına çıxmağı bacardı.
İki mövsümdən sonra, Amorozo yenidən klubunu dəyişir, bu dəfə Almaniyanın "Borussia Dortmund" klubuna keçir. Transfer, 50 milyon Alman Markası (25 milyon avro) qarşılığında baş tutur. Bu qiymət o dövrdə Almaniya klubları üçun bir rekord idi və 2017-ci ilə kimi, Corentin Tolisso, Javi Martínez, Mario Gómez və Mario Götze'den sonra beşinci ən bahalı transfer idi. Amorozo 2001-02 mövsümündə Bundesliqa çempionluğunu qazandı və eyni zamanda liqanın bombardiri oldu. "Borussiya"nın "Feyenoord"a 3-2 məğlub olduğu 2002 UEFA Kuboku Finalında itirak elədi. Klubdakı növbəti iki mövsümündə, təkrarlanan zədə problemləri səbəbiylə əsas heyətdə yerini itirməyə başladı.
Daha sonra Amorozo, 2004-05 mövsümündə İspaniyanın "Malaqa" klubunda oynadı və burada 29 oyunda yalnız 5 qol vurdu.
Futbolçu 2005-ci ildə vətəninə qayıdaraq "San Paulu" klubu ilə müqavilə bağlayır.
Futbolçu daha sonra "Milan" klubuna transfer olunur. Ancaq "Milan"dada əsas heyətə düşə bilməyərək Braziliyaya qayıdır. Ardıcıl olaraq "Korintians" və "Qremio"nun formasını geyinir ancaq yenədə əvvəlki formasını bərpa edə bilmir.
Futbolçu 2007-ci ildə təkrar Avropaya dönur. Bu dəfə Yunanıstanın "Aris" klubuna qoşulur. Burada 12 oyunda meydana çıxıb 2 dəfə fərqlənir.
Mövsum bitincə təkrar Braziliyaya dönərək yetirməsi olduğu "Quarani"yə qoşulur. Ancaq burada aldığı ağır zədədən sonra karyerasını bitirir.
1995-ci ildən 2003-cu ilə kimi Braziliya yığmasının ormasını geyinir. Burada 19 oyunda 9 dəfə fərqlənir.
Klub | İllər | Oyun | Qol |
Quarani | 1994>1996, 2009 | 40 | 25 |
Aris | 2007/2008 | 12 | 2 |
Qremio | 2007 | 11 | 0 |
Korintians | 2006>2007 | 18 | 3 |
Milan | 2005/2006>2006/2007 | 5 | 1 |
San Paulo | 2005 | 28 | 16 |
Malaqa | 2004/2005 | 29 | 5 |
Borussiya Dortmund | 2001/2002>2003/2004 | 89 | 43 |
Parma | 1999/2000>2000/2001 | 52 | 18 |
Udineze | 1996/1997>1998/1999 | 103 | 42 |
Flamenqo | 1996 | 21 | 5 |
Tokyo Verdi Kavasaki | 1993 | 19 | 16 |
Braziliya milli komandası | 1995-2003 | 19 | 9 |
Cəmi | 1992-2009 | 446 | 185 |