Martin-Bell sindromu

Martin-Bell Sindromu və ya kövrək X-xromosomu sindromu (ing. fragile X syndrome (FXS)) — irsi xəstəlikdir. Sindromun inkişafı X xromosomunda vahid trinukleotidlərin (SQQ) ekspansiyası ilə bağlıdır ki, bu, sinir sisteminin normal inkişafı üçün lazım olan FMR1 zülalının çatışmayan ekspressiyasına gətirib çıxarır.

Martin-bell sindromu
FMR1 geninin yerləşməsi
FMR1 geninin yerləşməsi
XBT-10 Q99.2
XBT-10-KM Q99.2
XBT-9 Q99.2
XBT-9-KM 759.83[1]
OMIM 309550
DiseasesDB 4973
MedlinePlus 001668
eMedicine ped/800 
MeSH D005600
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kövrək X xromosomu sindromunda pozğunluqlara məruz qalan xromosom sahəsinin dörd halı vardır.

Normal halda SQQ təkrarlarının sayı – 29-dan 31-ə qədər olur. Premutasiyada (sindrom inkişaf etmir) – 55-dən 200-ə qədər, tam mutasiyada (sindrom) – 200-dən çox SQQ təkrarı (adətən, 230-dan 4000-əcən) olur.

Martin-Bell sindromu X xromosomunda FMR1 geninin mutasiyası nəticəsində yaranır.

Xəstəliyin insidansı kişilərdə 1:4000, qadınlarda isə 1:6000-dir.

Təkrarlanan SQQ kodonlarının ekspansiyası FMR1 geninin promotorunda DNT-nin hipermetilləşməsinə və nəticədə, onun ekspressiyasının faktiki olaraq kəsilməsinə gətirir. Təxmin edilir ki, FMR1 geninin promotorunun anomal metilləşməsi X xromosomunda kövrəklik nöqtəsinin(sayt) yaranmasına səbəb olur. Bu sitogenetik əlamətə görə də Martin-Bell sindromu kövrək X-xromosomu sindromu adını almışdır.

FMR1 geninin mutasiyası eyniadlı zülalın transkripsiyasının kəsilməsinə gətirir. Hesab edilir ki, FMR1 zülalı qavrama və yaddaşda, həmçinin aksonların inkişafında, sinapsların formalaşmasında, sinir əlaqələrinin yaranması və inkişafında mühüm rol oynayır.

Kövrək X-xromosomu sindromu – dominant, cinsiyyətlə-ilişikli keçən, zəif penetrantlığa malik xəstəlikdir.

Kişilərdə bir X xromosomu olduğuna görə, əgər həmin xromosom mutant allel daşıyırsa xəstəlik üzə çıxır. Qadınlarda iki X xromosomu olduğuna görə, onların normal allel alma şansı iki dəfə artır. Mutant FMR1 geninə malik qadın xəstə də ola bilər, sağlam da. İkinci X xromosomunun rezerv kopya ola bilməsinə baxmayaraq, X inaktivasiya nəticəsində hər hüceyrədə yalnız bir X xromosom aktiv olur.

Martin-Bell sindromlu kişi xəstəliyi yalnız qızlarına ötürə bilər. Qadınlar isə 50% ehtimalla xəstəliyi həm qızlarına, həm də oğlanlara verə bilər.

Adətən, kövrək X-xromosomu sindromunun yaranma ehtimalı hər növbəti nəsildə artır ki, bu da Şerman paradoksu adını almışdır.

Əvvəllər Martin-Bell sindromunun diaqnozu klinik-genealoji analiz və xəstənin xüsusi mühitdə yetişdirilmiş hüceyrələrinin sitogenetik tədqiqatının nəticələrinə əsaslanırdı.

X-xromosomunun XQ27.3 lokusunda qırılma aşkarlandığı halda, sindromun diaqnozu şübhə doğurmur.

90-cı illərin əvvəlində bir sıra tədqiqatçılar tərəfindən Martin-Bell sindromu geninin sekvenləşdirilməsi aparıldı. Alınan nəticələr göstərdi ki, xəstəliyin klinik və sitogenetik göstəricilərinin əsasında SQQ təkrarları sayının dəfələrlə artması durur.

Klinik mənzərə

[redaktə | mənbəni redaktə et]

Oğlanlar 3,5-4 kq. ağırlığında doğulurlar.

Xəstəliyin müəyyən fenotipik əlamətləri var: hündür və geniş alın olan böyük baş, uzun sifət və çənə, üzün orta hissəsinin bir az yastılığı, burunun ucunun azca dimdiyəbənzər əyilməsi. Qulaqlar böyük və nisbətən aşağıda yerləşmiş olur. Əl və ayaq pəncələri, həmçinin distal falanqalar geniş, oynaqlar çox hərəkətliliyə malik olur.

Əlamətlərin hamısının birlikdə olması vacib deyil – bir və ya bir neçəsi ola bilər.

Nevroloji əlamətləri bütün digər kəmağıllı uşaqlardakı kimi olur.

Sindromun əsas simptomu intellektual gerilik və özünəməxsus nitqdir. Belə xəstələr tez, qırıq danışır, mırıldanan nitqə malik olurlar.

Həmçinin davranışlarda aqressivlik və hərəki tormozlanma kimi pozğunluqlar üzə çıxa bilər.

Ən çox rast gəlinən psixopatoloji xüsusiyyətlər kimi şizofren simptomlar: tullanma, əl çalma, öz ətrafında dönmə, müxtəlif qrimaslar, monoton inildəmə və s. qeyd edilir.

Yuxarıdakılardan əlavə xəstə uşaqlarda erkən uşaq autizminin əlamətləri ola bilər.

Kövrək X-xromosomu sindromu endonukleatik restriksiya və sauzern-bottinq köməyi ilə SQQ təkrarlarının sayının və onların metilləşmə halının müəyyənləşməsinə əsaslanır.

Kövrək X-xromosomu sindromunun müalicəsi yoxdur, lakin gələcək tədqiqatların yeni terapiya imkanları yaradacağına ümid var.

Hazırda xəstəliyin simptomlarını koqnitiv-davranış terapiyası, xüsusi öyrətmə, dərman və lazım gələrsə fiziki qüsurların müalicəsi yolları ilə yüngülləşdirmək olar.

Ailəsində kövrək X-xromosomu sindromu olan şəxslər hamiləlik planlaşdıran zaman genetik məsləhət almalıdırlar.

Tədqiqat zamanı kövrəkliyi folat az olan mühitdə tapmaq mümkün olduğundan, belə uşaqları fol turşusu ilə müalicə etmək təklif olunur.

Uşaqların müalicəsi yetkinlərə nisbətən daha effektivdir: aqressivlik itir, diqqət artır, hərəkət və nitq yaxşılaşır. Həmçinin, belə xəstələri psixostimulyatorlar ilə müalicə etməyi yoxlayırlar.

  1. Disease Ontology (ing.). 2016.