"Martin İden" — Cek London tərəfindən dram janrında yazılmış roman.
Martin İden | |
---|---|
ing. Martin Eden | |
Müəllif | Cek London |
Janr | Dram |
Orijinalın dili | İngilis dili |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili | Makmillan (1909) |
Tərcüməçi | İslam İbrahimov |
Nəşriyyat | "Qanun" nəşriyyatı |
Nəşr | 2012 |
Səhifə | 464 |
Növ | kitab |
ISBN | ISBN 978-9952-26-289-6 |
Elektron versiya Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 1908 və 1909-cu illərdə jurnalda çap edildi[1], daha sonra isə elə 1909-cu ildə də tək bir kitab halında çap edildi[2]. Martin İdenin Cek London kimi dənizçi olması, sosiolist ideyalara marağı, oxşar xarakterləri və digər bir çox elementlər yazıçının bu romanı yazarkən öz həyatından ilhamlandığını deməyə əsas verir.[3]
Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əzişdirir. Bunun müqabilində, Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailəsinin üzvüdür.
Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir.
Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara onların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gəlir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın.[4]