Masayuki Kukan Hisataka (18 noyabr 1940, Monqolustan) — “9-cu dan qara kəmər” sahibi, Dünya Kosiki Karate Federasiyasının və Yaponiya Kosiki Karate-do Federasiyasının rəhbəri.[1]
Masayuki Kukan Hisataka | |
---|---|
yap. 久高正之 | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Mancuriya |
Təhsili |
|
İdman növü | Karate |
Vikianbarda əlaqəli mediafayllar |
Masayuki Hisataka 18 noyabr 1940-cı ildə Mancuriyada anadan olmuş Masayuki Kukan Hisataka üç yaşında ikən karate zalına ayaq basıb, 15 yaşında karate üzrə “üçüncü dan qara kəmər” alıb. Tokio Nihon Universiteti İqtisad fakültəsində oxuyarkən, karate və cüdo dərslərinə hər gün 4–5 saat vaxt ayırıb. Yaponiyanın ən böyük universitetini başa vuran M.Hisataka təxminən bir il şirkətdə işlədikdən sonra Amerika Birləşmiş Ştatları hökumətinin dəvəti ilə karate və cüdonun inkişaf etdirmək üçün bu ölkəyə gedib.[1]
1961–1962-ci ildə o, karate üzrə Yaponiya çempionu olub. 5 il ərzində Yaponiyada iştirak etdiyi bütün turnirlərdə qalib olub. Daha sonra Yaponiyadan ayrılan M.Hisataka ABŞ-də karate və cüdo üzrə dörd il məşqlər təşkil edib. Masayuki Hisataka Baltimorda keçirdiyi məşqlər zamanı, onun zalına tez-tez Brus Li də gəlirmiş. Daha sonra Kanada hökumətinin dəvəti ilə ABŞ-dən köçərək Kanadada çalışıb, Şorinzi-Rü Kenkokan Karate-do Federasiyasını yaradıb.[1]
Sensey Hisataka uzun illər Yaponiya Karate Federasiyasının (J.K.F.) idarə heyətində, eləcə də Dünya Karate-do Təşkilatları İttifaqının rəhbərliyində təmsil olunub. 75 yaşlı “9-cu dan qara kəmər” sahibi məşhur Sensey hazırda Dünya Kosiki Karate Federasiyasının və Yaponiya Kosiki Karate-do Federasiyasının rəhbəridir.[1]