Masira adası (ərəb. مصيرة) — Ərəbistan dənizində, Oman sahillərində yerləşən ada. Ada şimal-şərqdən cənub-qərbə 95 km məsafədə uzanır. Eni isə 12 – 14 km-dir. Adanın sahəsi 649 km²-dir. Əhalisi 12 min nəfərdir. Əhali əsasən adanın şimalında cəmləşmişdir.
Masira adası | |
---|---|
ərəb. مصيرة | |
Ümumi məlumatlar | |
Sahəsi | 649 km² |
Uzunluğu |
|
Eni | 14 km |
Hündür nöqtəsi | 256 m |
Əhalisi | 9.292 nəfər (2003-cü il) |
Yerləşməsi | |
20°28′16″ şm. e. 58°48′55″ ş. u.HGYO | |
Ölkə | Oman |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada Ərəbistan yarımadasından 19 km aralıda yerləşir. yelyefi təpəlidir. Şimalında plato yüksəlir. Qərb hissədə isə alçalma müşahidə edilir.
Adada oman ordusuna məxsus hərbi-hava bazası vardır. Burada balıq zavodları belə fəaliyyət göstərir. Materiklə bərə vastəsi ilə əlaqə yaradılır. İqtisadiyyatın əsasını balıqçılıq və tekstil təşkil edir. Əvvəllər gəmiqayırma mövcud idi.