Maska

7000 yaşı olan və bəlkə dünyanın ən qədim məlum olan maskası. Paris muzeyi

Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər.

“Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər.

Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.