Matienlər (matianlar)

Matienlər və ya matianlar (q.yun. ματιηνοι, ματιανοι, lat. matieni, matiani) — qədim dövrdə Urmiya gölü ətrafında yaşamış tayfa, Atropatena dövlətinin sakinləri. E.ə. VI əsrdən e.II əsrinədək, yəni təxminən 8 əsr ərzində, 9 antik müəllifin yazılarında matientlər Urmiyaətrafı ərazilərdə qeyd olunub.

E.ə.VI - V əsr mənbələrində Miletli HekateyinHerodotun məlumatlarinda matienlərin məskünlaşma ərazisi geniş idi. Belə ki, onların vilayətlərindən şimal-qərbdə Araks (Araz) çayı mənbə alırdı,bir qədər cənubda Tiqr (Dəclə) çayı axırdı, sonra Böyük Zab, sonra onların vilayətlərindən mənbə alan Kiçik Zab, vilayətin ən cənub sərhədi Diyala çayının mənbələrinə çatırdı. [1][2] Bundan başqa matienləri Qalis (Qızıl İrmaq) çayının ətrafında da məskunlaşdırırlar. Daha sonrakı dövrdə mənbələrin məlumatlarına əsaslanaraq matienləri Urmiya gölünün şimal, şərq və cənub sahillərində məskunlaşdırmaq olar.

  1. Miletli Hekatey. Yerin təsviri. fr.188, 189.
  2. Herodot. Tarix. III. 94; V.49, 52.