Matka kanyonu

Matka kanyonu

Matka (mak. "matka" - uşaqlıq) — Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşən kanyon.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Sahəsi 5 000 hektardır.[1] Kanyonda yerəşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. 1938-ci ildə Treska çayı üzərində qurulan bənd nəticəsində kanyonda həmdə sünü Matka gölü meydana gəldi.[2]Treska çayı üzərində yaradılmış bu göl ətrafında bir çox orta əsr monastrları və onlarca karst mağaraları mövcuddur. Ərazi ölkənin ən populyar turist bölgələrindən biridir.[3] Suva dağlarını vertikal kəsən Treska çayı axdığı yataqda dik qayalı yamaclar, kiçik dağ vadiləri, dərələr və çoxlu karst mağaraları yaratmışdır. Mağaralar həm quruda, həm də, su altında mövcuddur. Bunlardan ən gözəl və böyükləri Vrelo, Krishtalina və Ubava mağaralarıdır.[4]

Vrelo mağarası[redaktə | mənbəni redaktə et]

Mağara Treska çayının sağ sahilində , bənddən 2 km uzaqlıqda yerləşir. Mağaraya iki giriş mövcuddur: Qurudan və sudan. Qurudan mağaraya giriş su səthindən 20 metr yüksəklikdədir. Daxilində iki göl mövcuddur. Mağaranın dəqiq uzunluğu məlum deyil. Hal-hazırda sualtında olan mağaraların dərinlik siyahısında 14-cü yerdədir. Mağaraya ancaq qayıq ilə getmək mümkündür. Matka Kanyon restoranından hərəkət edən 10 nəfərlik qayıqlarla 1.5 saat müddətinə mağaraya səfər etmək mümkündür.[5]

Fauna və florası[redaktə | mənbəni redaktə et]

Bu ərazi buzlaşma dövründən bir çox heyvan və bitkilərin sığınacaq yeri olmuş. Müasir dövrdə kanyonun 20 % fauna və florası endemik və relikt hesab olunur. Ərazidə 1000 dən yuxarı bitki növü mövcuddur. Matka kanyonunda 119 gündüz, 140 gecə həyat tərzi keçirən kəpənək növü var. Bunlardan 18 növ elm üçün yeni hesab olunur.[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "МАТКА КАНЬОН". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  2. 1 2 "Matka Lake in Macedonia". 2015-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
  3. "macedoniaholidaysandtours.com". 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  4. "MATKA CANYON". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
  5. "Vrelo Cave". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.