Matra (fr. Mécanique Avion TRAction) — 1965-ci ildə yaradılmış fransız avtomobil yarış komandası idi. Komanda Fransanın Champagne-sur-Seine (1965–1967), Romorantin-Lanthenay (1967–1969) və Vélizy-Villacoublay (1969–1979) əyalətlərində yerləşdirilmişdi.
1979-cu ildə Pejo tərəfindən satın alınaraq Automobiles Talbot adlandırıldı.
Matra, 1960-cı ildə Avropa və Fransa çempionatında, Formula 3 və Formula 2 yarışlarında, monokoka əsaslanan MS5 modeli ilə uğur qazanmışdır. Komanda Formula 1 yarışlarına 1968-ci ildən qatılmağa başladı, nə zaman ki, Stewart komanda üçün ciddi rəqib idi. Matra komandası Parisin cənub-qərbində yerləşən Vézizy-Villacoublay əyalətində yaradılıb.
Komandaya məxsus avtomobilin ən yenilikçi xüsusiyyəti aviasiya strukturlu yanacaq tanklarının istifadəsi idi. Bu onu digər şassilərdən daha yüngül 15 kg (33 lb) edirdi. 1970-ci ildə FIA (Beynəlxalq Avtomobil Federasiyası) bu texnologiyanın təhlükəli olduğunu hesab edərək istifadəsinə qadağa qoydu.
Matranın baş icraçı direktoru Jean-Luc Lagardère 1969-cu il çempionatı üçün strateji qərar qəbul etdi. Matra komandası, Formula 1də rəqabət aparmayacaq və əvəzinə Ken Tyrrell'in Tirrell komandasına diqqət edilərək DFV struktur yanacaq tankları ilə təchiz edilmiş avtomobil hazırlayacaqdı, baxmayaraq ki bu tip avtomobil yalnız bir mövsüm istifadə oluna bilərdi.
1969-cu ildə Stewart, Gérard Ducarouge və Bernard Boyer tərəfindən dizayn olunan Matra MS80 ilə qalibiyyət qazanır. Bu Formula 1-ə yenicə qatılmış şirkət üçün nailiyyət idi. Buna görə Fransa Britaniya və İtaliyadan sonra üçüncü, Matra isə komandanın iştirakı olmadan "Formula-1" Konstruktorlar Kuboku əldə edən yeganə komanda oldu.
1970-ci ildə Simca ilə müqaviləyə əsasən Matra Tirrelldən V12 mühərriki istifadə etməyi bildirdi. Stewart Matra V12-nin sınaqdan keçirdi. Lakin, Ford və Elf tərəfindən maliyələşən Tirrelin Renault ilə razılaşması var idi ki, bu da Simca ilə əməkdaşlığı qadağan etmişdi. Nəticədə Matra və Tirrell arasında əməkdaşlıq bitdi. Matra həmçinin V12 mühərrikləri ilə də tanınmış idi.
1972–74-cü illərdə Matra MS670 avtomobili 24 Hours of Le Mans da qalibiyyət qazandı.
1979-cu ildə şirkət "Pejo"ya satılmışdır.