Brebem (ing. Motor Racing Developments, Ltd) geniş tanınmış Brebem və ya bəzən Brebxem (ing. Brabham) İngilis avtomobil istehsalçısı və Formula 1 dünya çempionatında iştirak edən komanda, Chessington, İngiltərədə yerləşirdi. 1960-cı ildə iki Avstraliyalı yarışçı Jack Brabham və Ron Tauranac tərəfindən təsis edilmişdir. Komandanın 4 üzvü Formula 1 dünya çempionatında qalibiyyət əldə etmiş və komanda isə iki dəfə Konstruktorlar Kubokunun qalibi olmuşdur. Brebem, 1960-cı ildə, yarış şassilərinin istehsalı üzrə tanınmış və 1970-ci ildə, artıq 500 avtomobil istehsal etmişdir. Bu avtomobillərdə Formula 2, Formula3 və hətta 500 mil İndianapolis yarışlarında çempionluq qazanılmışdır.
Brebem, yarışçı olaraq çox şanslı idi. 1955-ci ildə, o, yarış karyerasını inkişaf etdirmək üçün Britaniyaya getmiş, Cooper komandası ilə müqavilə imzalamış və 1958-ci ildə Formula 1 yarışında iştirak etmişdir. 1959-1960-cı illərdə o həmin dövrün yeni arxa mühərrik dizaynlı avtomobili ilə bu komandaya çempionluq gətirir. Daha sonra bu digər komandalar tərəfindən təkrarlandığı halda, Brebhem inkişaf üçün təkid edirdi və bununla da T 53 modeli yaradıldı. Monakodan sonra 5 ardıcıl qalibiyyəti Niderland Qran pri, Belçika, Fransa, Britaniyada alır və həmçinin digər pilot, Mclaren ikinci və üçüncü yerlər qazanır. Lotus və Ferrari komandalarının daha da inkişafı və orta mühərrik yanaşması Cooper komandasını geriləməsinə səbəb oldu. Hələ 1959-cu ildə Tauranac'la iş birliyi quran Brebem komandanı tərk etdi. Brebem və Tauranac ilk əvvəl avtomobil hissələri və yol avtomobilərinin Jack Brabham Motors avtosalonunda satışı ilə məşğul olurlar. Modellərin adlarını BT «Brabham Tauranac» adlandırırdılar. Daha sonra Motor Racing Developments, Ltd şirkəti yaradırlar.
Yeni komandanın ilk debütü 1962-ci ildə Hollandiya Gran pri-də baş tutur. Lotus-dan alınmış şassi ilə Brebem, mövsümün ilk 5 yarışını həyata keçirir və burada yalnız bir xal qazanır. Daha sonra Brebem BT3-lə Almaniya Qran pri-də iki dəfə dördüncü yer qazandı.
Tauranac, 1971-ci il mövsümündə iştirak üçün, ikiqat dünya çempionu Grem Hill və avstraliyalı Timothy Schenken ilə müqavilə imzalayır. Yarışda Brebem BT34 istifadə olunur. Nəticədə, komanda, 7 xal qazanaraq axırıncı yerdə qərarlaşır. Səbəb etibarsız və çox zəif sürətə malik avtomobilin istifadəsi idi. Brebemin komandanı tərk etməsindən sonra, Tauranac daimi sponsor axtarışı və iki işi paralel idarə etmək gücündə olmadığını başa düşür və nəticədə 1971-ci ildə komanda $ 100000 məbləğində Britaniyalı iş adamı Berni Ecclestone, keçmiş menecer Jochen Rindt və əvvəl komanda sahibi olmuş Connaught Engineering-ə satır. O, avstraliyaya geri dönsə də, 1974-cü ildə yenidən Britaniyaya qayıdaraq yarış şassilərini Ralt adı altında satışına başlayır.
1975-ci ildə komandanın sponsoru Martini və 1978-ci ildə isə Parmalat olmuşdur. Nelson Pike 1981 və 1983-cü illərdə iki dəfə dünya çempionluğu qazanmışdır.
Ecclestone, 1988-ci ildə komandanı Alfa Romeo, daha sonra Joachim Luhti-ə satır. Satışla bağlı hüquqların verilməsi uzun müddət davam etdiyinə görə, komanda 1988-ci il yarışına qeydiyatdan keçmək üçün gec qalır. Buna görə də Judd şirkətinin hazırladığı BT58 modeli, 1959-cu ilin əvvəlinə hazır olur. Komandanın pilotları Martin Brundle və Stefano Modena idi. Komanda Konstruktorlar Kubokunda mövsümü 8-ci yerdə bitirmiş və Monako Qran pri'də Martin üçüncülük qazanmışdır. 1989-cu ilin ortalarında Luhti vergidən yayındığına görə həbs edilir və bir sıra şirkətlər komandanın mülkiyyət hüquqlarına sahib olmaq üçün mübahisəyə başladılar. Nəticədə, Breben komandasının hüquqları, Middlebridge Group Limited şirkətinin sahibi, yaponiyalı milyarder Kodzi Nakauchi verilir.