Matsumoto Tərəzi Muzeyi

Matsumoto Tərəzi Muzeyi (松本市はかり資料館, Matsumoto-şi Hakari Şiryokan?)Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən muzey. Yaponiya tarixində istifadə olunmuş tərəzilərə və çəki nümunələrinə həsr olunmuşdur.

Matsumoto Tərəzi Muzeyi
Xəritə
Açılış tarixi avqust 1989
Mövzu tərəzi
Ölkə
Yerləşir Çuo[d]
36°14′02″ şm. e. 137°58′21″ ş. u.HGYO
matsu-haku.com/hakari/

Muzeyin yerləşdiyi bina 1902–1986-cı illərdə Takeuçi Çəki və Tərəzi Dükkanı kimi fəaliyyət göstərmişdir. Dükkanı açmış Keyiçiro Takeuçi tərəzilərin təmiri və satışı ilə məşğul olmuş, ixtiralar vermişdir. Dükkan bağlandıqdan sonra bina Matsumoto şəhərinin yerli hakimiyyəti tərəfindən təmir olunmuş və 1989-cu ilin avqustunda burada muzey açılmışdır.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey Matsumoto şəhərinin Nakamaçi küçəsində yerləşir. Muzey binası 3 ayrı binadan ibarətdir: ikisi kura üslubunda tikilmiş anbar, biri isə sonradan iqamətgaha çevrilmiş anbar olmuşdur. Muzeydə Meyci dövründən Şova dövrünə qədərki vaxta aid müxtəlif tərəzi növləri sərgilənir: antik tərəzilər, taxta ölçü fincanları, müasir tərəzilər və s.[2]

Muzeydə ipəkqurdu qozalarının çəkisini ölçmək üçün hazırlanmış xüsusi tərəzilərin sərgisi yerləşir. Bu tərəzilər ipəkqurdunun dişi yoxsa erkək olduğunu müəyyənləndirəcək həssaslıqdadır. Naqano prefekturası ipək istehsalına görə tanındığı üçün bu tərəzilər burada populyar olmuşdur. Muzeyin bir bölməsi 1888-ci ildə Nakamaçidə baş vermiş büyük yanğına və Takeuçi dükkanının ilk illərinə aid fotolara həsr olunmuşdur.[2]

  1. "施設案内". Muzeyin rəsmi saytı (yaponca). 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2023.
  2. 1 2 "The Matsumoto Scale Museum: 1,300 Years in the Making". Welcome Matsumoto (ingiliscə). 22 sentyabr 2022. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]