Matteo Messina Denaro (26 aprel 1962, Kastelvetrano[d] – 25 sentyabr 2023[1], L'Akuila, L'Akuila) — Koza nostra – Siciliya mafiya təşkilatının başçılarından biri. Digər təxəllüsləri "Diabolik" və ya "Roleks"dir. Onun atası Messina Denaro Siciliyada "Don Çiççio" kimi tanınmaqdadır. Matteo Bernardo Provençanonun sələfi Salvatore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiyasının 1 nömrəli adamına çevrilir. 1993-cü ildən etibarən polisdən gizlənərək, Forbs jurnalına əsasən dünyada 10 axtarışda olan cinayətkarlar arasında VI yeri tutur[4][5]. Onun evində axtarış zamanı tapılan məktubdan:
Matteo Messina Denaro | |
---|---|
it. Matteo Messina Denaro | |
Doğum tarixi | 26 aprel 1962 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 sentyabr 2023[1] (61 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | kolorektal xərçəng[3] |
Uşağı | 2[2] |
Fəaliyyəti | cinayətkar, kriminal avtoritet |
Vikianbarda əlaqəli mediafayllar |
|
|
Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyanın Kastelvetrano kommunasında (Trapani əyalətində) siciliyalı mafioz Françesko Messina Denaronun ("Don Çiçço" kimi tanınan) ailəsində dünyaya gəlmişdir. Atası Françesko mafioz fəaliyyətə qeyri rəsmi muzdlu qatil, rəsmi isə zəngin mülkədar və bankir (it. Banca Sicula) D‘Ali ailəsinin silahlı müafizəçisi kimi başlamış, sonralar isə irəli çəkilərək həmin ailənin icarə torpaq mülklərinin inzibatçısı təyin edilir. Yaxşı işinə görə D’Ali ailəsi ona Dzanqara rayonunda böyük bir mülk bağışlamışdır. Françesko 14 yaşlı oğlu Matteoyaya silahdan istifadəni öyrətmişdir. 18 yaşında Matteo ilk qətlini törətmiş olur. 1992-ci ildə atasının rəqibi Vinçenso Milaççonu onun sevgilisi, üç aylıq hamilə olan Antonello Bonoma ilə birlikdə öldürür. Matteo heç vaxt evli olmamış və qanuni övladı yoxdur. Bəzi şayiələrə görə onun nikahdan kənar (it. ilegítimo) bir uşağı vardir. 2002-ci ilin mayında ona qiyabi olaraq Milan, Roma və Florensiyada törətdiyi silsilə partlayışlar nəticəsində onlarla insan həyatını itirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilir.
2006-cı ildə Siciliya mafiyasının "Bosslar bossu" "Traktor" ləqəbli Bernardo Provenzano həbs edildikdən sonra onun yerinə üç iddiaçı: Salvatore Lo Pikkolo, Domeniko Rakuqliya və Matteo Messina Denaro meydana çıxır. Lakin 2007-ci ildə Salvatore Lo Pikkolo həbs olunur, ondan iki il sonra isə Domeniko Rakuqliya həbs edilir. Beləliklə Matteo Denaro Siciliya mafiyasının "Xaç atasına" çevrilir.
2023-cü il sentyabrın 22-dən komada olan mafiya başçısı yoğun bağırsaq xərçəngindən 25 sentyabr tarixində dünyasını dəyişib.[6]