Mavi Dənizin Sahilində (1936)

Mavi dənizin sahilində (rus. У самого синего моря) — 1935-ci ildə çəkilmiş sovet filmi.

Mavi dənizin sahilində
У самого синего моря
Janr komediya
Rejissor Boris Barnet
Ssenari müəllifi Klimenti Mints
Baş rollarda Yelena Kuzmina
Lev Sverdlin
Nikolay Kryuçkov
Mirzəağa Əliyev
İsmayıl Əfəndiyev
Operator Mixail Kirillov
Bəstəkar Sergey Pototski
Rəssam Viktor Aden
İstehsalçılar Azərfilm
Mejrabpomfilm
İlk baxış tarixi 1 aprel 1936, RSFSR
20 aprel 1936, SSRİ
Filmin növü tammetrajlı bədii film
Müddət 71 dəq.
Ölkələr Rusiya Sovet Federativ Sosialist Respublikası Rusiya SFSR
Azərbaycan Azərbaycan SSR
Dil Rus dili
Texniki məlumatlar 8 hissə
1955 metr
Rəng ağ-qara
IMDb ID 0028436
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[1].

Məzmun[redaktə | mənbəni redaktə et]

Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • Film həm operator kimi, həm də quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir.
  • İlk Azərbaycan səsli filmidir. Həmçinin, film ilk səsli Sovet filmidir. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır.
  • Bu film Bernar Eyzenşitsin (fransa) dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adı çəkilən I siyahısına (kino sənəti kimi tarixi inkişafda) daxil edilib. Eyni zamanda film sıravi tamaşaçı kimi Naum Kleymanın (Rusiya) bütün dövrlərin ən yaxşı 12 əsəri kimi adı çəkilən III siyahısına (sıravi tamaşaçı kimi) daxil edilib.
  • Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilmişdir.[2] Belə ki, "Kinovedçeskiye Zametki" (kinoşünasın qeydləri) jurnalı müxtəlif ölkələrin kino tarixçi, tənqidçi, nəzəriyyəçi və kinoşünaslarına bütün dövrlərin ən yaxşı 12 filmini müəyyənləşdirmək üçün müraciət edir. 3 kateqoriya vardı: kinonun incəsənət növü kimi inkişafında rol oynamış 12 film (tarixçi nəzərindən) müasir kino mədəniyyəti üçün aktual və qiymətli 12 film (tənqidçi nəzərindən) şəxsən bəyəndiyiniz 12 film (tamaşaçı nəzərindən). Anket cavablarına kinoşünas Naum Kleymanın (Rusiya) və kino nəzriyyəçisi Bernar Ayzenşits (Fransa) siyahılarında "Mavi Dənizin Sahilində" filminin adı da vardı.[3]

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Klimenti Mints
Quruluşçu rejissor: Boris Barnet
Quruluşçu operator: Mixail Kirillov
Quruluşçu rəssam: Viktor Aden
Bəstəkar: Sergey Pototski
Səs operatoru: A. Qornşteyn
İkinci Rejissor: Səməd Mərdanov
İkinci operator: Mirzə Mustafayev
Rejissor assistenti: Məmməd Əlili, K. Pavlidi
Operator assistenti: S. Antipov
Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev
Musiqi tərtibatçısı: Səməd Mərdanov

Rollarda[redaktə | mənbəni redaktə et]

Yelena Kuzmina — Mariya
Lev Sverdlin — Yusif
Nikolay Kryuçkov — Alyoşa
Semyon Svaşenko
Lyalya Sateyeva
Aleksandr Jukov
Aleksey Dolinin
Sergey Komarov
Boris Barnet

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  2. Журнал "Киноведческие записки". 1995 г. № 27.
  3. Aylin "Kəndlilər, Köçərilər, Mavi dənizin sahilində", Kino+ qəzeti, 29.09.2006, səh 10.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
  • М. Кушниров. Жизнь и фильмы Бориса Барнета. Москва, 1977 г., стр. 137.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 253.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32; 44-46; 384.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]