"Mavi balina" (rus. Синий кит) — Rusiya şəhər əfsanəsi.[1] Bir çox ölkələrdə oynanıldığı iddia olunan internet oyunu. İddialara görə, oyun 50 təlimatdan ibarətdir[2] və son təlimatda oyunçudan intihar etməsi istənilir[3]. Oyunun xarakteri gəncləri cəlb edərək onlara yüngül işlər tapşırıb, sonda intihara sövq olunmasıdır.[4].
Oyun ilk dəfə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində "ölüm qrupu" adlı bir qrup vasitəsilə yayılmağa başlamışdır[5]. Bu oyunun səbəbindən ilk intihar 2015-ci ildə qeydə alınmışdır[6].
Oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykinin yazdığı məlumdur[7]. Oyun səbəbindən "ən azı 16 uşağı intihara təşviq etmək" günahından həbs olunan Budeykin, "cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirmişdir[7]. O, intihara meyilli şəxslərdən ibarət 8 müxtəlif qrup yaratmaqda ittiham edilmişdir[2].
Rusiyanın "Novaya" qəzetinin xəbərinə görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar etmişdir[2][7][8].
İstifadə edilən şantaj sistemindən "Qara ayna" (ing. "Black Mirror") teleserialının "Sus və rəqs et" (ing. "Shut Up and Dance") adlı bölümündə istifadə olunduğu ortaya çıxıb[8]. Həmin filmdə veb kameradan çəkilən gizli gönüntülərin yayımlama təhdidi edən hakerlər qurbanları müxtəlif cinayətlər törətməyə məcbur edirdilər[8].