Mavi beret

Mavi beret

Mavi Beret — müxtəlif dövlətlərdə qoşun növlərinin taxdığı baş geyimidir. Bu qoşunlar sülhü bərpa etmək üçün mövcuddur. Bir sıra dövlətlərin göy beretliləri :

Azərbaycan Ordusu - I Qarabağ Müharibəsi zamanı Xüsusi Kəşfiyyat qrupu bu baş geyimindən istifadə edirdilər. Hal-hazırda isə bu baş geyimindən Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir.

ABŞ Ordusu - Birləşmiş Ştatlar Hava Təhlükəsizlik Qüvvələri.

Belarus Ordusu - Mobil Qüvvələr.

BMT - Birləşmiş Millətlər Təşkilatının Sülhü qoruyan qoşunu.

Türkiyə Ordusu - Jandarma (Türkiyə) qrumunun Dağ komando birlikləri.Dağ və Komando birlikləri ilə yanaşı Paraşütçü Komando birlikləri,Quru Qüvvələri Komandirliyi tabeçiliyində təşkilatlandırılmış birliklərdir. Jandarma Komando birliklərindən fərqli olaraq; sahələrinə görə paraşüt, alpinistlik, yaxın döyüş təhsili almış xüsusi piyada əsgərləridir. Bu əsgərlərin prioritetli vəzifəsi düşmən xəttinin gerisində olan strateji hədəflərin təsbit edilərək məhvidir.

Yunanıstan Ordusu - "Evzones" Yunan Prezidentinin Qvardiyası bu baş geyimindən istifadə edirlər.

Rus Ordusu - Rusiyanın Bort Qoşunu (Xüsusi Təyinatlı Paraşütçü-Desant Qoşunları)və Rusiya Müdafiə Nazirliyinin Tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə bu baş geyimindən istifadə edirlər.

Moskvada parad, 2009-cu il

Ukrayna Ordusu - Xüsusi Paraşüt-Desant Qoşun Birləşmələri.

Qazaxıstan Ordusu - Aeromobil Qoşunu.

Civil Air Patrol - Milli Göy Beretin diplomlu mütəxəssisləri olan Vətəndaş Hava Patrul Üzvləri.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]