Mavi göl (Yaponiya)

Mavi göl (青い池, Aoi-ike?) və ya Biey gölüYaponiyanın Hokkaydo prefekturasının Biey qəsəbəsi yaxınlığında yerləşən və insan fəaliyyəti nəticəsində yaranmış göl. Biey çayının sol sahilindədir.[1]

Mavi göl
yap. 青い池
Göldən görüntü.
Göldən görüntü.
Ümumi məlumatlar
Mütləq hündürlüyü 500 m
Yerləşməsi
43°29′37″ şm. e. 142°36′51″ ş. u.
Ölkə  Yaponiya
Əyalət
Yaşayış məntəqəsi Biey
Mavi göl xəritədə
Mavi göl
Mavi göl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Göl Tokaçi dağının ətəyində, Biey qəsəbəsindən cənub-şərqdə yerləşir. Ondan cəmi 2,5 km şimal-qərbdə isti platin yataqları vardır. Gölün adı isə suyun şəffaf açıq mavi və ya firuzəyi rəngə çalmasından irəli gəlir. Bieyin suyunun rəngi müəyyən şərtlərdə dəyişmək xüsusiyyətinə malikdir.[1]

Mavi göl suyunun tərkibində bir çox araşdırmalar aparılıb, lakin qeyri-adi rəngin fenomeni hələ aşkar edilməyib. Hesab edilir ki, bu, doymuş alüminium hidroksidlə zəngin isti mənbələrdən gələn su ilə çayın suyunun qarışmasının nəticəsidir. Beləcə, bir növ "kokteyl" yaranır, Yer atmosferi kimi su günəş işığını əks etdirir, firuzəyi və mavinin bütün çalarlarını ifadə edə bilən rəng yaranır. Hövzədə suyun yenilənməsi prosesi davamlıdır. Günün fərqli saatlarında və fərqli rakursdan baxanda mavi rəng çalarlarının bir oyununu görmək mümkündür: zəngin mavidən yüngül firuzəyiyə qədər. Gölün mərkəzində qurumuş tozağaclarıqarağatların sütunları dayanmışdır.[1]

2016-cı ilin avqustunda Mindulle tayfununun (tayfun şimal-qərbi okeanının qərb hissəsində 180° və 100° E arasında inkişaf edən yetkin tropik siklon) beton özəyi zədələməsi nəticəsində göldə suyun səviyyəsi müvəqqəti aşağı düşmüş və rəngi palıdıya çevrilmişdi.[1]

Mənşəyi[redaktə | mənbəni redaktə et]

Gölün yaranma tarixi 1988-ci ilin dekabr ayında Tokaçi vulkanının püskürməsindən dərhal sonra başlayır. Fəlakətin qarşısını almaq və ətraf mühiti vulkan püskürməsi nəticəsində yaranan çirkli sel tullantılarından qorumaq üçün regional inkişaf bürosu su bəndi tikməyi qərara alır. Beton bəndin tikintisi 1989-cu il iyun ayında tamamlanır. Qabağı beton tikili ilə kəsilən su meşədə toplanmağa başlayır. Beləliklə də, Mavi göl yaranmışdır.[1]

Tez bir zamanda göl məşhurlaşmışdır və bu gün Yaponiyanın ən çox turist cəlb edən təbii məkanlardan biridir.[1]

Populyar mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Apple şirkəti gölün qışda çəkilmiş şəklini yeni yaradılan əməliyyat sistemi OS X Mountain Lion-a əlavə etmişdir. Kadr Biey sakini Kent Şirayşi tərəfindən 2011-ci ilin oktyabr ayının sonunda ilk qar yağanda çəkilmişdi. National Geographic şəkilə "Mavi göl və ilk qar" adını vermişdi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 "Bir incidir o da..." Yapon.az (az.). 8 sentyabr 2017. 2020-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]