"Mavi marşrut" (mac. Országos Kéktúra, qısaldılmış halda OKT) — Macarıstanın milli piyada marşrut yolu. Bu marşrut avropa piyada marşrut şəbəkəsinin bir hissəsi hesab olunur.
Milli mavi marşrut və ya sadəcə mavi marşrut Avropanın ilk şəhərlərarası piyada turist marşrutu hesab olunur. Bu barədə ilk dəfə olaraq 1938-ci ildə məlumat verilmiş və uzunluğu o dövrdə 910 km göstərilmişdir. İkinci dünya müharibəsindən sonra bir çox macar piyada turizm həvəskarları bu yolla hərəkət etməyə başladılar. Budapeştin idman turizm cəmiyyəti "Lokomotiv" 1952-ci ildə bu marşrutu rəsmən "mavi" yol adlandırdı. Tezliklə bu cəmiyyət marşrutla bağlı buklet və xəritələr yaratdılar. 1961-ci ildən "Mavi marşrut" hərakatının təşkilatşılığını və idarəçiliyini "Təbətin dostlar" assosiasiyası öz üzərinə götürdü.
"Mavi marşrutun" ilk illərində bu yol barəsində ancaq idmançı turistlər məlumatlı idi. 1980-ci illərdə macar televiziyası bu marşrut haqqında geniş məlumatlar verməyə başladı. Reportajların müəllifi jurnalist Pal Roskenbauer idi. O çəkiliş qrupu ilə bu marşrutu 76 günə başa vura bilmişdir.
Müasir dövrdə marşrutun uzunluğu 1128 km-dir. Marşrut Avstriya sərhəddində yerləşən Qeşribenştayn dağlarından başlayır və Budapeş şəhərini keçməklə Slovakiya sərhəddində yerləşən Xolloxaz yaşayış məntəqəsinə qədər uzanır. 1983-cü ildə marşrutun şərq hissəsi Ayzenax- Budapeşt beynəlxalq piyada dostluq marşrutunun tərkibinə daxil edilmişdir. Bu Şərqi Avropada sosialist respublikları arasında olan yeganə beynəlxalq marşrut idi. Bu yol ADR, Polşa, Çexoslavakiya və Macarıstanı birləşdirirdi. İndi " Mavi marşrutun" əsas hissəsi avropanın E4 beynəlxalq piyada marşrutuna daxil edilmiş (Cəbəli-Tariq — Piriney — Boden gölü — Balaton — Rila — Krit). Mavi marşruta əlavə olaraq iki macar marşrutuda daxil edilir: "Rockenbauer Pál Dél-dunántúli Kéktúra" və "Alföldi Kéktúra". Bunlar bəzən Mavi marşrutun davamı hesab olunur.