Maxuika krateri (ing. Mahuika crater) — zərbə krateri meteorid məşhəllidir. Yeni Zelandiyanın materik şelfində yerləşir. Krater Stüart adasından 120 km cənub-qərbdə Sners adaları yaxınlığında qərarlaşır. Kraterin ölçüsü 20±2 km, dərinliyi isə 153 metrdir. Krater Maorilərin Mahuikasının (od tanrısı) şərəfinə adlandırılmışdır. Krater Dallas Ebbot və onun həmkarları
Maxuika krateri | |
---|---|
Ölkə | |
|
tərəfindən Lamont-Doqerti Torpağı abservatoriyasında aşkarlanmışdır.
1400-cü illərdə Yeni Zelandiyanın yerli əhalisi bölgəni kütələvi şəkildə tərk etmişlər. Sunami üzrə ekspert olan Ceyms Qoff bu köçün 1500-cü ildə baş vermiş zəlzələ nəticəsində əmələ gəlmiş sunaminin təsirindən baş verməsini ehtimal etmişdir. Ancaq zəlzələdən əmələ gələn sunamilərin maksimal hündürlüyü 40-60 metr arasında dəyişir. Hündürlüyü 220 metr olan zirvələrdə dəniz qumunun aşkarlanması sunaminin hündürlüyünün daha böyük olmasını deməyə imkan edir. Ebbat bunun kosmik obyektin yerlə toqquşması nəticəsində yarana bilməsini bildirmişdir[1].
Araşdırmalardan sonra Ebbot belə qənayətə gəlir ki, meteorit zərbəsi b. e 1443-cü ilində baş vermişdir[2].