May islahat layihəsi — Avropa dövlətləri tərəfindən təklif edilən, Osmanlı imperiyasında yaşayan ermənilər haqqında 11 may 1895-ci il tarixli islahatlar toplusu.[1][2] Layihədə ermənilərin yaşadığı altı vilayətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi, ictimai həyatın inkişafı, istehsalın və iqtisadiyyatın tənzimlənməsi, habelə xristianların kürd tayfa başçılarının özbaşınalığından qorunması nəzərdə tutulurdu.[3] Layihə 1895-ci ilin oktyabrında imzalanmış və Sultan II Əbdülhəmidə təqdim edilmişdir.[4] Bu layihə heç vaxt həyata keçirilməmişdir.[5]