Osmanlı erməniləri — Osmanlı imperiyasında yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər XIX əsrdə Türkiyədə Şərqi Anadolu bölgəsində yaşayırdılar. 1361-ci ildə Bursa şəhərinin Osmanlı imperiyasının paytaxtı olmasından sonra, erməni kilsəsi də yeni paytaxta köçürülmüşdür. 1453-cü ildə İstanbulun fəth edilməsindən sonra dini qurumda bu şəhərə köçürülmüşdür. Bu dövrlərdə Osmanlı imperiyasında ermənilərin sayı çox deyildi. Əsasən ticarətlə məşğul olan ermənilər, böyük şəhərlərdə ailələri ilə birlikdə qalmırdılar. XVII əsrdən etibarən isə Anadolu bölgəsində yaşayan ermənilərin İstanbul kütləvi axını nəticəsində, böyük bir etnik qrup formalaşmışdır.
Osmanlı imperiyasında yaşayan digər etnik qruplardan fərqli olaraq, ermənilər daha çox imtiyazlara sahib olmuşlar. Onlar, cəmiyyətin əsas üzvüləri hesab edilirdi. Dini mənsubiyyətlərinə görə hərbi xidmətdən azad olan ermənilər, uzun illər İstanbulda parça ticarətinə rəhbərlik etmişlər.