Mayak istehsalat ittifaqı

Parçalanabilən Material Yığma Müəssisəsi

Mayak İstehsalat İttifaqı (rus. Производственное объединение «Маяк», Proizvodstvennoye obyedinenie «Mayak») — Rusiyada yerləşən bir nüvə müəssisəsidir. Kompleks Yekaterinburqdan 150 km cənub-şərqdə, Ozyorsk şəhəri yaxınlığında, Kaslı və Tatis qəsəbələri arasında yerləşir. Mayak plutonium istehsalat reaktorları və yenidən işləmə zavoduna ev sahibliyi edir və Rusiyanın ən böyük nüvə obyektlərindən biridir. Rus və keçmiş Sovet İttifaqı nüvə silahları proqramının bir hissəsi olaraq əvvəllər Çelyabinsk-40, daha sonra Çelyabinsk-65 olaraq bilinirdi.

Tarixin ən böyük nüvə qəzalarından biri olan Kistim nüvə qəzası regionda 1957-ci ildə meydana gəlmişdir.