Mayis Ələkbər oğlu Qasımov (6 iyun 1939, Naxçıvan) — Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1998), professor.
Mayis Ələkbər oğlu Qasımov | |
---|---|
Mayis Ələkbər oğlu Qasımov | |
Doğum tarixi | 6 iyun 1939 (85 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Tünzalə Qasımova |
Elm sahəsi | Biologiya |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | Professor |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Təhsili | |
Mükafatları |
Mayis Qasımov 6 iyun 1939-cu ildə Naxçıvan şəhərində anadan olub. ADU-nin biologiya fakültəsini bitirib. Botanika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Hazırda AMEA-nın Botanika İnstitutunda aparıcı elmi işçidir.
1973-cü ildə o, "Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan "İxtiralar va səmərələşdiricilər Komitəsi"nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə "SSRI-nin ixtiraçı alimi" adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.
M.Qasımov tərəfindən 230 elmi əsər, 8 monoqrafiya, 2 kitab, 1 metodik vəsait çap olunmuş, 20-yə yaxın patent alınmış, 70-dən artıq səmərələşdirici təklif işlənib-hazırlanmış və istehsalatda tətbiqinə nail olunmuşdur. 600-dən artıq elmi-populyar əsəri yazılıb dərc edilmişdir. 2017-ci ildə yüksək maraq kəsb edən "Boyaqçılıq" adlı sonuncu kitabı çapdan çıxmışdır.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |