Mayski (Şimali Osetiya)

Mayski (oset. Майскæй, inquş. Майски, Бекъи-Юрт) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir . Eyni adlı kəndin inzibati mərkəzidir.

Mayski
Майскæй
43°11′04″ şm. e. 44°43′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1952
Mərkəzin hündürlüyü 544 m
Əhalisi
Əhalisi
  • 6.934 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 363103
Xəritəni göstər/gizlə
Mayski xəritədə
Mayski
Mayski

Mayski kəndi İnquşetiya ilə sərhəddə, Kambileyevka çayının sağ sahilində, nisbətən aşağı axarda Alxançurt kanalı ilə kəsişdiyi yerdə yerləşir. Kəndə ən yaxın yaşayış məntəqələri: cənubda Çermen kəndi, şimal-şərqdə Nazran şəhəri (İnquşetiya), qərbdə Beslan şəhəri.[2] Kəndin şərq kənarında, yeni qurulmuş Novoye kəndi yerləşir.[3][4]

19-cu əsrin əvvəllərində, müasir bir kəndin yerində, Kambileyevka çayının sahilində rus sənədlərində və 19-cu əsrin xəritələrində qeyd olunan bir kənd qurulmuşdur. Bu kənd Bekaya ya da Bekaya Xişilqova (İnquş. Бекъи-Юрт) adlandırılmışdı. 1838-ci ilə qədər 91 nəfər əhalisi olan bu kənddə 15 həyət var idi.[5] Qəsəbənin adının original yaradıcısı İnquş Bekya Xaşaqulqovun adından gəlir. O, Xaşaqulqov nəslini təmsil edirdi və qəbilənin qurucusu olan Xoşakın (İnquş. Хьошакъа) nəvəsidir.[6]

XIX əsrin ikinci yarısında Beki-Yurt kəndi mövcud olmağı barədə məlumat yoxdur və sonradan yalnız elmi ədəbiyyatda bu kənd barədə məlumat var.[7] Müasir Mayski kəndi 1952-ci ildə yaradılıb.[8]

Mayski kəndinin iqlimi rütubətli kontinental iqlim mülayim dərəcədən kəskin kontinental çöllərə qədər dəyişir. Burada qış mülayimdir, demək olar ki, qar yoxdur. Yaz qısa, istilik yalnız avqust ayında müşahidə olunur. Kənddə günəşli, açıq günlər çox azdır, ildə orta hesabla 60–70 gün, təxminən 70–80 gün yağıntı, qalan vaxtlar 210–230 gün tutqun və buludlu hava hökm sürür.

2010-cu il Ümumrusiya Əhali Siyahısına görə Mayski kəndinin milli tərkibinin əsasını 97,0 % inquşlar, 1,4 % ruslar, 0,5 % çeçenlər və 1,1 % digərləri təşkil edir.[9]

Sosial obyektlər

[redaktə | mənbəni redaktə et]

Mayski Kəndində məktəb, ambulatoriya, poçt, ticarət obyektləri və müxtəlif xidmət sahələri var. Qaz, elektrik, internet, simli və mobil rabitə, asfalt yol var.[10]

  1. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  2. topomapper.com Arxivləşdirilib 2014-02-27 at the Wayback Machine— подробная карта Чечни и Ингушетии
  3. "Майское | Республика Северная Осетия - Алания". 2019-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  4. "Село Майское Северной Осетии". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  5. Картоев М. М., 2014, с. 467.
  6. Хашагульгов М. Х. Фамильный род Хашагульговых. — Нальчик, 2017. — С. 21.
  7. Сулейманов А. С., 1980, с. 21.
  8. "Майский", Республика Северная Осетия". 2019-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  9. "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  10. "http://www.ams-maiskoe.ru". 2018-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.