Meşəli gölü (ing. Lake of the Woods) — Şimali Amerikada yerləşən göl. Böyük göllər şəbəkəsindən qərbdə yerləşən göl. ABŞ və Kanada sərhəddində yerləşir. İnzibati cəhətdən isə Kanadanın Manitoba və Ontario vilayətləri, ABŞ-nin isə Minnesota ştatları ərazisində yerləşir. ABŞ ərazisində sahəsinə görə 7-ci göldür. Gölün sahəsi 4350 km² (bunun 3149 km² Kanada ərazisi) təşkil edir. Gölün su səthi 323 metr dəniz səviyyəsindən yuxarıda yerləşir[1]. Sahilləri parçalıdır. Sahil xəttinin uzunluğu 105000 km təşkil edir. Göl daxilində 14 min kiçik ada vardır. Onlar arasında ən iriləri: Biq-Aylend, Biqsbi və Falkon. Şimal sahilində Kenora şəhəri yerləşir. Gölün əsas qidalandırıcısı cənubdan ora tökülən Reyni çayıdır. Üstəlik gölə Kakaqi, Drayberi çayları axır. Göldən isə Vinnipeq gölünə eyni adlı çay tökülür.
Meşəli gölü | |
---|---|
ing. Lake of the Woods | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 323 m |
Eni | 95 km |
Uzunluğu | 110 km |
Sahil uzunluğu | 105 min |
Sahəsi | 4348. |
Dərin yeri | 64 m |
Yerləşməsi | |
49°09′00″ şm. e. 94°50′00″ q. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Geoloji baxımından bu su tutarı Aqassis gölünün qalığıdır.
Sahillərində Charadrius melodus və Amerikan ağ qutanı yuva qurur. Üstəlik sahillərində bir necə min baş Ağbaş qartala rast gəlinir. Gölün özündə isə Xanıkimilərdən xüsusi ilə Sarı xanı[2] ovlanılır.