Meşa kitabəsi

Meşa kitabəsi,[1][2] Meşa sütunu, Meşa stelası və ya Moav daşı[3] — təxminən e.ə. 840-cı ilə aid, Moav padşahı Meşanın adına Kənan yazısında yazılmış kitabə. Meşa Moav tanrısı Xamosun öz xalqına qəzəbləndiyini və onların İsrail padşahlığına tabe olmasına icazə verdiyini, lakin nəhayət, onun geri qayıdaraq İsrailin boyunduruğundan qurtulmaq və Moavın torpaqlarını bərpa etmək üçün Meşaya kömək etdiyini izah edir. Meşa bir çox tikinti layihələrini də təsvir edir. Paleoivrit yazısı ilə sıx bağlı olan Finikiya əlifbasının variantında yazılmışdır..[4][5]

Meşa kitabəsi
Material bazalt
Ölçü 100 sm × 60 sm
Yaranıb təq. e.ə. 840
Kəşf olunub  ? tərəfindən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Heybatov, Heybat. "Sami Dilleri Tarixi - History of the Semitic languages". 1 yan 2020. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18 – www.academia.edu vasitəsilə.
  2. "Arxivlənmiş surət" (PDF). 2023-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-18.
  3. "Arxivlənmiş surət" (PDF). 2019-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-18.
  4. "Stèle de Mecha". Musée du Louvre (ingilis). 830. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-11.
  5. Rollston, 2010. səh. 54

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]