Medellin Karteli (isp. Cártel de Medellín) — Kolumbiyanın Medellin şəhərində fəaliyyət göstərən narkotik istehsalçısı və qaçaqçısılığı ilə məşgul olan karteldir. 1970-ci illərin ortalarında əməliyyatlara başlayan kartel, əsasən, kokain işləriylə məşğul olurdu. Boliviya, Kolumbiya, Peru, ABŞ, Orta Amerika, Kanada və Avropada fəaliyyət göstərmişdir. Jorge Luis, Juan David və Fabio Ochoa Vazquez qardaşları ilə birliktə Pablo Escobar, George Rodriguez Gacha tərəfindən qurulub. 1993-ci ildə Kali karteli ilə Kolumbiya hökumətinin dəstəklədiyi qrup olan Los Pepes və ABŞ-nin hökuməti tərəfindən parçalanmış, üzvləri həbs edilmiş və ya öldürülmüşdür. Fəalliyətlərinin zirvəsində kartel hər həftə dünyada onlarca ölkələrdə tonlarca kokain satır, gündə 60[1]-100 milyon dollar gəlir əldə edirdi. Bir müddət ABŞ kokain bazarının 96%-nı, dünya kokain bazarının isə 90%-nı əlində tutmağı bacarmışdır.
Medellin Karteli | |
---|---|
| |
Yaranma tarixi | Pablo Eskobar |
Mərkəzi | Medellin, Antyokiya, Kolumbiya |
Fəaliyyəti | 1976–1993 |
Fəaliyyət göstərdiyi yer | Kolumbiya (Antyokiya), Panama, Kaliforniya, Nyu-York, Florida, Normans-Key |
Üzvlük |
70.000–100.000 |
Fəaliyyəti | narkotik ticarəti, silah alveri, bombalama, terrorizm, sui-qəsdlər, hədə-qorxu, adam oğurluğu, qəsb, çirkli pulların yuyulması |
Vikianbarda əlaqəli mediafayllar |