Meduza adası (ing. Jellyfish Lake) — Qayalı adalar arxipelaqında yerləşən göl. Meduza gölü Eyl Malk adasının cənubunda yerləşir. Gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Su səthinin sahəsi 0,057 km²-dir. Göl öz növbədində meromitik su tutarı azmaz şor suludur. Göl Sakit okeandan eni 200 metr olan ensiz quru xəttlə ayrılır. Dərinliyi 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır[1]
Meduza gölü | |
---|---|
ing. Jellyfish Lake | |
Ümumi məlumatlar | |
Eni | 0,16 km |
Uzunluğu | 0,46 km |
Sahəsi |
|
Həcmi | 0,0017 km³ |
Dərin yeri | 50 m |
Orta dərinliyi | 30 m |
Tökülən çay | yoxdur |
Minerallaşma tipi | şorsulu |
Duzluluğu | 28 – 32 ‰ |
Yerləşməsi | |
07°09′40″ şm. e. 134°22′34″ ş. u.HGYO | |
Ölkə | Palau |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göldə iki növ meduza vardır — qızılı (Mastigias papua) və ay (Aurelia). Göldə təbii düşmənlərinin olmaması səbəbindən sayı 2 mln başa çatmışdır. Meduzaların sayı turistləri özünə cəlb edir[2][3]. Eyl-Malk adasında onlarla kiçik göl vardır. Onların hamısında meduza vardır. Onlar Dünya okeanından tamamən təcriddir. Ancaq meduzalar arasında snorkelik ancaq burada bitmişdir[4]
Meduza gölü okeanla çatlar, tunellərlə ayrılır. Bu keçidlər miosen dövründə rifdən təşkil olunmuşdur. Ancaq bununla belə göl okeandan kifayət qədər təcriddir.
Gölün suyu iki təbəqədən ibarətdir. Birinci qatda oksigenin həcmi böyükdur. Alt qatda isə oksigenin həcmi azdır.
Göldə iki növ meduza vardır — Mastigias papua və Aurelia sp.[5][6]
Qızılı meduza həm də qonşu laqunda yayılmışdır. Onlar simbioz həyat tərzi keçirən yosunlarla qidalanır (Symbiodinium). Bu populyasiya istər morfoloji, istər fizioloji baxımdan fərqlənir. Onların bədənlərində onlan piqmenlərin sayında azlıq müşahidə edilir. Bioloqlaerın bir qismi onları Mastigias cf. papua etpisoni yarımnövünə aid edirlər. Bəziləri isə bunu qəbul etməyərək ikili növlərə aid edirlər.e
Ay meduzası ilk əvvəl Aurelia aurita[7] olaraq bilinirdi. 1981-ci ildə aparılan araşdırmalar Aureliya cinsinə 3 deyil 6 növün daxil olduğu nüəyyən edir. Bu cinsə daxil olan üç növ Palau ərazisində yerləşən göllərdə yayılmışdır. O cümlədən Meduza gölündə[8]. 2010-cı ilə əsasən Aurelia cinsinə daxildir.
Qızılı meduzlar günlük horizantal və vertikal şəkildə hərəkət edirlər[7]:
Ay meduzaları qızılı meduzalardan fərqli olaraq bu qədər təşkilatlanmamış formada üzmürlər. Gecələr onlar suyun səthində üzürlər[9].
Meduza gölünda meduzalar 1998 — 1999-ci illər ekoloji fəlakəti zamanı tələf olmuşdur. Göldə tempetatur El-Ninyo hadisəsi zamanı artmışdır. Nəticədə yosunlar tələf olmuşdur. Bu isə öz növbəsində meduzaların populyasiyası demək olarki tam tələf olmuşdur. Ancaq 2000-ci illərin əvvəllərindən populyasiyanın sayı bərpa olunmuşdur[10][11].