Meduza (ing. Medusa)— Mikelancelo Merisi de Karavacco tərəfindən 1598-1599-cu illərdə ərsəyə gətirilən rəsm əsəri. Karavacco rəsm üzərində "falçı qadın" və "fırıldaqçılar" adlı əsərləri ilə eyni dövrdə işləmişdir. Əsər ona himayədarlıq edən Kardinal del Montenin sifarişi əsasında Medici ailəsinə hədiyyə olaraq çəkilmiş və hədiyə verildiyi gündən etibarən Florensiyanı tərk etməmişdir.
Meduza | ||
---|---|---|
| ||
Rəssam | Karavacco[1] | |
Tarixi | 1597 | |
Üslubu | mifologiya rəssamlığı[d] | |
Ölçüləri | 60 sm × 55 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | ||
Saytı | wga.hu/html/c/caravagg/0… | |
İnventar nömrəsi | 00289175 | |
Vikianbarda əlaqəli mediafayllar |
Karavacco Meduzanı ərsəyə gətirərkən Leonardo da Vinçinin qalxan üzərində rəsm etdiyi Meduza rəsmindən təsirlənmişdi. Mənbələrdə Da Vinçinin "Meduza"sının da Medici ailəsinin kolleksiyasına daxil edildiyi haqqında məlumatlar vardır.
Rəsm qalxan üzərinə keçirilmiş kətana çəkilmişdir. Kətan üzərində Meduzanın gövdəsindən ayrılmış başı və boynundan fışqıran qanlar rəsm edilmişdir.
Əsər qədim yunan əfsanəsinə söykənməkdədir. Əfsanəyə görə antik dəniz tanrı və tanrıçası olan Fork və Ketonun qızı Meduza o qədər gözəl idi ki, adanın bütün kişiləri ona aşiq olmuşdu. Lakin Meduza Tanrılara yaxın ola bilmək üçün öz bəkarətini qoruyaraq Afinanın (yunan ədalət, güc, savaş və ağıl tanrıçası) məbədində xidmət etməyi seçir. Günlər keçir, Meduzanın məşhur gözəlliyinin səsi-sorağı artıq hər tərəfə yayılmış və Poseydonun diqqətini çəkmişdi. O, insan formasına girərək Afinanın məbədinə gedib qızı istismar edir. Bütün bunlar Poseydonun günahı olsa da, bu hadisəyə qəzəblənən Afina, Meduzanı cəzalandırır və onu gorgona, yəni ölü sifətində, qorxunc və səssiz bir canavara çevirir. Artıq Meduzanın gözəl, ipək saçlarının yerində zəhərli ilanlar hərəkət edir və birbaşa gözünə baxdığı hər insan daşa çevrirdi. Bir müddət sonra Perseydən qurtulmaq istəyən kral Polidekt ondan Qorqona Meduzanın başını gətirməsini tələb edir. Persey Meduzanın məbədinə gedərək burada Hermesin orağı ilə onun başının kəsir. Mikalencelo Merisi de Karavacco məhz bu səhnəni rəsm etmişdir.