Mehdi İskəndərli (Mehdi Nəsir oğlu İskəndərli; 12 aprel 1985, Sumqayıt) — Azərbaycan dermatoloqu, veneroloqu və dermatoveneroloqu[1].
Mehdi İskəndərli | |
---|---|
Mehdi Nəsir oğlu İskəndərli | |
| |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt şəhəri |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahələri | tibb, dermatovenerologiya |
İş yeri | Mərkəzi Klinik Xəstəxana |
mehdiiskandarli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mehdi İskəndərli 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə orta təhsilini tamamlamış, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almışdır. 2011-2015-ci illərdə Türkiyənin İzmir şəhərindəki Egey Universitetinin Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasında rezidentura keçərək dermatoveneroloq ixtisasına yiyələnib. Türkiyədə, Avropada, Kanadada və ABŞ-də təşkil olunan beynəlxalq konfranslarda, seminarlarda və kurslarda iştirak etmiş, konfranslarda məruzələr etmişdir. Məqalələri Avropanın, Türkiyənin və digər ölkələrin nüfuzlu elmi-tibbi jurnallarında dərc edilib. Türkiyənin, Avropanın və ABŞ-nin dermatovenerologiya cəmiyyətlərinin təqaüdləri ilə təltif olunub. Türkiyənin, Avropanın və ABŞ-nin dermatovenerologiya cəmiyyətlərinin üzvüdür.
Həmmüəllifliyi ilə beynəlxalq elmi-tibbi nəşrlərdə dərc olunmuş məqalələrin siyahısı (ixtisarla):
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |