Mehdi Hüseyn (film, 1969)

Film-portretdir. Bu film Azərbaycan xalq yazıçısı, alovlu publisist, ictimai xadim Mehdi Hüseynin həyat və fəaliyyətinə həsr olunmuşdur. Filmdə yazıçının doğulduğu və boya-başa çatdığı, gəzib dolaşdığı yerlər-kənd evi, oxuduğu məktəb, Kür sahili, Qarayazı meşəsi, Qazax seminariyası, Molla Vəli Vidadinin qəbri öz əksini tapmışdır. Buraya yazıçının əsərləri əsasında çəkilmiş "Səhər", "Qara daşlar" bədii filmlərindən fraqmentlər verilmiş, yazıçını masa arxasında işləyərkən, kəndlərdə əməkçilərlə görüşərkən, ov zamanı təsvir edən xronikal kinokadrlardan da istifadə edilmişdir.

Mehdi Hüseyn
Fayl:Mehdi Hüseyn (film, 1969).jpg
Janr bioqrafik
Rejissor Musa Bağırov
Ssenari müəllifi İsmayıl Şıxlı
Operatorlar Oqtay Əlizadə
Aydın Axundov
İstehsalçı "Ekran"
İlk baxış tarixi 1969
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 16,5 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1969
Texniki məlumatlar 2 hissə
491 metr
35 mm
Rəng ağ-qara

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Musa Bağırov
Ssenari müəllifi: İsmayıl Şıxlı
Operator: Oqtay Əlizadə, Aydın Axundov
Musiqi tərtibatı: S.Əliyev
Səs operatoru: İsgəndər Kərimov
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 170.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]