İsmayıl Şıxlı

İsmayıl Qəhrəman oğlu Şıxlı (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası26 iyul 1995, Bakı) — Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949), Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

İsmayıl Şıxlı
Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi
23 may 1986 – 18 iyun 1987
ƏvvəlkiMirzə İbrahimov
SonrakıAnar
Şəxsi məlumatlar
Doğum adı İsmayıl Qəhrəman oğlu Şıxlinski
Doğum tarixi 22 mart 1919(1919-03-22)
Doğum yeri
Vəfat tarixi 26 iyul 1995(1995-07-26) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, şair, pedaqoq
Uşaqları
Hərbi xidmət
Döyüşlər
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 1984 "Şərəf nişanı" ordeni1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Şöhrət" ordeni

İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazax qəzasının İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax qəzasının Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikumunda oxumuşdur. Texnikumda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. "Azərbaycan" jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

Ədəbi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk mətbuat əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir.[2] Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır (04.07.1994).[3]

1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

1997-ci ildə İsmayıl Şıxlının anadan olmasının 80 illiyinə Ziya Şıxlinski tərəfindən çəkilmiş "Azanfilm" istehsalı Ayrılan yollar adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

28 yanvar 2019-cu ildə Azərbaycan prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[4]

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(türkcə və ruscadan)

  1. XIX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1964, 654 səh.
  2. Mopassan Gi De. Hekayələr və novellalar. Bakı: Yazıçı, 1980, 182 səh. (şərikli).
  3. Əziz Nesin. Futbol kralı. Bakı: Gənclik, 1988, 333 səh. (şərikli).
  1. "Səda — Novruzda dünyaya gələn görkəmli şəxsiyyətlər (22.03.2016)". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
  2. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine  (az.)
  3. İ.Q.Şıxlılnskinin (İsmayıl Şıxlının) "Şöhrət" ordеni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyul 1994-cü il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı
  4. President.Az. "İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 28.01.2019. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]