Quliyev Mehdi Nadir oğlu — Sovet İttifaqı Qəhrəmanı[1].
Quliyev Mehdi | |
---|---|
Quliyev Mehdi Nadir oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Heriknaz, Gədəbəy, Azərbaycan SSR |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Dəfn yeri | Bakı şəhəri |
Atası | Quliyev Nadir |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | hərbi qulluqçu |
Partiyası | |
Mükafatları |
|
Quliyev Mehdi Nadir oğlu 5 may 1923-cü ildə Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub. 26 yanvar 1976-cı ildə Bakı şəhərində vəfat edib.
M. Quliyev 1942-ci ildə Sovet Ordusu sıralarına çağrılmışdır.
Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əskər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İdarədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir.
2-ci dərəcəli Vətən müharibəsi, 2 Qirmizi Ulduz ordenləri və medallara təltif olunmuşdur.[2]