Mehdi Təbatabai Şirazi (fars. سید مهدی طباطبایی شیرازی; 21 mart 1936, Rəfsəncan, Kirman ostanı – 17 may 2018, Tehran) — İranın şiə ruhanisi və mühafizəkar siyasətçisi. O, Tehran, Rey, Şəmirənat və İslamşəhər bölgələrini təmsil edərək, 2004–2008-ci ildə İran parlamentinin üzvü olmuşdur. Təbatabai bundan əvvəl, 1984–1988-ci illərdə Məşəd və Kələti təmsil etmişdi.[1]
Mehdi Təbatabai | |
---|---|
Doğum tarixi | 21 mart 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 17 may 2018 (82 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xəstəliyi[d] |
Fəaliyyəti | siyasətçi, fəqih |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Təbatabai "məşhur mülayim konservativ ruhani" olaraq tanınır.[2]
Təbatabai Mahmud Əhmədinejadın tənqidçisi[3][4] və İranın nüvə proqramının dəstəkçisidir.[5]
2009-cu ildə o, İranda seçkidən sonra baş tutan hadisələri görməkdənsə, ölmüş olmağı arzu etdiyini dedi.[6]